Azad Həsənov aclıq aksiyasını dayandırıb

Azad Həsənov iyulun 23-dən aclıq aksiyasına başladığını elan etmişdi.

Source:


Partiya yoldaşları və ailə üzvləri ona xahişlə müraciət ediblər

Müsavat Partiyasının həbsdə olan üzvü Azad Həsənov iyulun 31-də aclıq aksiyasını dayandırıb.

Məlumatı partiyanın başqanı Arif Hacılı yayıb.

Onun sözlərinə görə, Azad Həsənov partiyanın qərarını, ailəsinin və onların xahişlərini nəzərə alaraq bu addımı atıb.


Azad Həsənov

iyulun 23-dən aclıq aksiyasına başladığını elan etmişdi.

Litvada siyasi mühacir həyatı yaşayan Azad Həsənov ötən ilin oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib. Sərhədi problemsiz keçən A.Həsənov oktyabrın 11-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb. O, Müsavat Partiyasının üzvüdür. Partiya onun saxlanılması ilə əlaqədar olaraq oktyabrın 12-də bəyanat yayıb.

Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilir. Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi aparır. İttiham sübuta yetirilərsə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.

Ana səhifəXəbərlərAzad Həsənov aclıq aksiyasını dayandırıb