Aygün Kazımova ad günündə bağ saldı

Aygün Kazımovanın şəxsi arxivindən

Müğənninin rus dilində klipi də yayımlanıb

Xalq artisti Aygün Kazımova 51-ci doğum günündə bağ salmaq qərarına gəlib.

Aksiya“Aygün Fan Club”un təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəstəyi ilə Hövsanda reallaşıb.

Ağacəkmədə sənətçi özü də iştirak edib. Əraziyə “Aygün bağı” lövhəsi yerləşdirilib.

Aygün Kazımova aksiyadan fotoları sosial media hesablarında paylaşıb.

Müğənni doğum günü ilə əlaqədar “Я в Нирване” rusdilli albomunda yer alan eyniadlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Aygün Kazımova 1971-ci il yanvarın 26-da Bakıda doğulub.

Peşəkar səhnəyə 1988-ci ildə “Bakı Payızı” yarışması ilə gəlib.

2001-ci ildə Əməkdar, 2009-cu ildə Xalq artisti adlarına layiq görülüb.

Ana səhifəMədəniyyətAygün Kazımova ad günündə bağ saldı