Ayasofya məscidə çevrilə bilər

İstanbuldakı keçmiş Yunan Pravoslav patriarxal kilsəsi Ayasofyanın müntəzəm İslam namazına açıla biləcəyi deyilir,- yerli Türkiyə mediası xəbər verir.

Source: Foto: google.az


Hazırda Ayasofya muzey olaraq fəaliyyət göstərir

İstanbuldakı keçmiş Yunan Pravoslav patriarxal kilsəsi Ayasofyanın müntəzəm İslam namazına açıla biləcəyi deyilir,- yerli Türkiyə mediası xəbər verir.

“Hürriyət” xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın rəsmilərinə lazımı tədbirləri başa çatdırmağı əmr edib.

Köşə yazarı Abdulkadir Selvi deyir ki, Ərdoğanın bu qərarının arxasında Yunanıstanın bu tarixi məkanda müsəlmanların dinlərini icra etməsinə qarşı olması durur. Selvi əlavə edib ki, hökumət inanır ki, ölkənin suveren hüquqları qəbuledilməz ölçüdə sınanır.

Hazırda Ayasofya muzey olaraq fəaliyyət göstərir.

Namazlar Ayasofyada keçən ay, İstanbulun Fəthi günündə həyata keçirilmişdi. May ayının əvvəlində Ərdoğanın kommunikasiya direktoru Fahrettin Altun tarixi binanın məscidə çevrilməsini dəstəkləyən türklərə bir az daha səbirli olmağı demişdi.

Abidə əvvəlcə 537-ci ildə Şərqi Roma İmperiyasının kadetralı olaraq tikilib. 1453-cü ildə İstanbulun Osmanlı imperiyası tərəfindən ələ keçirilməsindən sonra məscidə çevrilib. 1935-ci ildə isə muzey olub.

Ayasofya YUNESKO-nun Dünya irsinə aiddir. Ərdoğan dəfələrlə Türkiyənin islamçılarının çoxdan bəri davam edən tələbini yerinə yetirmək üçün Ayasofyanın məscidə çevirməyi təklif edir.

Mümkün təklif Türkiyə ilə Yunanıstan arasında Aralıq dənizində qaçqınların hüquqları ilə bağlı münasibətlərin gərginləşməsi zamanına təsadüf edir.

Cümə axşamı günü Yunanıstan və Türkiyə arasında şimal-qərb quru sərhəddində baş vermiş insidentə görə gərginlik daha da artıb, – “Greek City Times” xəbər verir.

Ana səhifəDünyaAyasofya məscidə çevrilə bilər