AXCP üzvünün həbsxanada səhhətinin pisləşdiyi deyilir

AXCP üzvu Vuqar Qədirov – Foto: Facebook səhifəsi

Hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin fəalı, ikinci qrup Qarabağ müharibəsi əlili Vüqar Qədirovun səhhəti pisləşib.

Bu barədə onun yaxınları məlumat verib. Məlumata görə, hazırda Lənkəran rayonundakı həbsxanada saxlanan Xalq Cəbhəsi üzvü lazımı müayinə və müalicədən kənarda qalıb.

Bu açıqlamaya cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Qanunsuz silah saxlamada ittiham edilən Vüqar Qədirov barəsində 2025-ci il dekabrın 13-də Nərimanov rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib. AXCP onun saxta ittihamla şərləndiyini açıqlayıb.

Hazırda AXCP-nin partiya sədri də daxil olmaqla 20-dən çox üzvü həbsdədir. Partiya bu həbsləri siyasi sifariş kimi qiymətləndirir.

Ana səhifəSiyasətAXCP üzvünün həbsxanada səhhətinin pisləşdiyi deyilir