AXCP fəalına 25 sutka həbs veriblər

“Bir neçə ay öncə də mülki geyimli şəxslər Mirağa Abbasovu saxlayıb xəbərdarlıq etmişdi”

Source:

“Bir neçə ay öncə də mülki geyimli şəxslər Mirağa Abbasovu saxlayıb xəbərdarlıq etmişdi”

Dekabrın 18-də Sabirabad Rayon Məhkəməsi AXCP Gənclər Komitəsinin Sabirabad rayon şöbəsinin sədr müavini Mirağa Abbasovu polisə müqavimət və hərbi xidmətdən yayınma ittihamı ilə inzibati qaydada 25 sutka azadlıqdan məhrum edib.

Bu barədə  “Turan İA”-a AXCP sədrinin müavini Əbülfəz Qurbanlı bildirib.

Onun sözlərinə görə, ittihamlar siyasidir: “Mirağa Abbasov polisə müqavimət göstərməyib və polis onu sakitcə aparıb. Hərbi xidmətdən yayınma ittihamına gəlincə, M.Abbasov qanuni şəkildə (görmə qabiliyyəti zəif olduğu üçün)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış

 üzrə Dövlət Xidməti Sabirabad rayon şöbəsi tərəfindən hərbi xidmətə yararsız sayılıb”.

Qurbanlı Mirağa Abbasovun həbsinin əsas səbəbi kimi sosial şəbəkələrdə fəal iştirakını və tənqidi statuslarını göstərib. “Bir neçə ay öncə də onu mülki geyimli şəxslər saxlayıb xəbərdarlıq etmişdi”-, deyə o qeyd edib.

Ana səhifəXəbərlərAXCP fəalına 25 sutka həbs veriblər