Avropa Yayım Birliyi Ukrayna ilə bağlı son qərarını verdi

“Eurovision”. Mənbə: Review News/shutterstock

Yarışmanın başqa ölkədə keçirilməsi planlaşdırılır

Avropa Yayım Birliyi Ukrayna ilə əlaqədar yekun qərarını verib.

Qurumun yaydığı məlumatda qeyd olunur ki, Ukrayna “Eurovision 2022” Mahnı Müsabiqəsinin qalib olsa da, yarışmaya gələn il ev sahibliyi edə bilməyəcək.

“Eurovision 2023” yarışmasının hansı ölkədə keçirilməsi ilə bağlı danışıqlar isə hələ davam edir.

2022-ci il iyunun 17-də Avropa Yayım Birliyi Ukraynanın “Eurovision 2023” Mahnı Müsabiqəsinə ev sahibliyi etməyəcəyini dair bəyanat yaymışdı.

Bildirilmişdi ki, hazırkı müharibə şəraiti ilə əlaqədar yarışmanın Ukraynada keçirilməsi təhlükəsizlik tələblərinə cavab vermir.

Avropa Yayım Birliyi mövcud şəraiti nəzərə alaraq, müsabiqənin 2023-cü ildə müsabiqənin ikincisi olmuş Böyük Britaniyada keçirilməsinə qərarlaşdırmışdı.

Ukrayna Prezident Ofisi başçısının müavini Kirill Timoşenko isə ölkənin bu qərarla razılaşmadığını bildirmişdi.

Böyük Britaniyanın baş naziri Boris Conson isə demişdi ki, “Eurovision 2023” müsabiqəsi mütləq Ukraynada keçirilməlidir.

2022-ci il fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb.

Buna görə də Avropa Yayım Birliyi tərəfindən “Eurovision 2022” mahnı müsabiqəsindən uzaqlaşdırılıb.

2022-ci il mayın 10-dan 14-dək İtaliyanın Turin şəhərində “Eurovision 2022” Beynəlxalq Musiqi Müsabiqəsi keçirilib.

Ümumilikdə 25 ölkənin iştirak etdiyi yarışmanın final mərhələsində 631 səslə Ukrayna (“Kalush Orchestra” – “Stefania”) qalib olub.

Böyük Britaniya (Sam Ryder – “Space Man”) ikinci, İspaniya isə (Chanel – “SloMo”) üçüncü olub.

Ana səhifəMədəniyyətAvropa Yayım Birliyi Ukrayna ilə bağlı son qərarını verdi