Rafiq Tağı və Samir Sədaqətoğlu

Mənbə: Foto: arxiv

Başlıq: Rafiq Tağı və Samir Sədaqətoğlu

Avropa Məhkəməsi azərbaycanlı jurnalistlərlə bağlı qərarını açıqladı

Məqalə yeniləndi:  5 Dekabr 2019

“Məhkəmə növbəti dəfə Azərbaycana "jurnalisti yazısına görə həbs etmək olmaz" deyib”

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı növbəti qərarını verib.

Məhkəmə növbəti dəfə Azərbaycana "jurnalisti yazısına görə həbs etmək olmaz", - deyib.

Hüquqşünas Xalid Ağəliyev deyir ki, bu, Avropa Məhkəməsinin Azərbaycanla bağlı ifadə azadlığı hüququnun pozuntusunu tanıdığı 6-cı qərardır.

“Bu gün AİHM “Rafiq Tağı və Samir Sədaqətoğlu Azərbaycana qarşı” işi üzrə qərarını elan edib. Məhkəmə onlara münasibətdə 10-cu maddənin pozuntusunu tanıyıb. Bununla da AİHM-in Azərbaycanla bağlı ifadə azadlığını tanıması qərarlarının sayı artıb”.

Xalid Ağəliyev deyir ki, bu, Media Hüququ İnstitutunun AİHM-ə göndərdiyi 100-dən artıq işdən biri deyil. Şikayəti AİHM-ə mərhum vəkil İsaxan Aşurov göndəribmiş:

“Kommunikasiya mərhələsində ərizəçilər Rəşid Hacılı və mənim işə qoşulmağımızı uyğun görmüşdülər”.

Hüquqşünas bu qərarın Azərbaycan təcrübəsi, jurnalistlər üçün önəmli olduğunu söyləyir:

“Çünki burada əsas məsələ jurnalistin bir yazıya görə həbs edilməsidir”.

Mərhum yazıçı-jurnalist Rafiq Tağı “Avropa və Biz” sərlövhəli yazı qələmə almışdı. Həmin məqalə “Sənət” qəzetində yayımlanmışdı. Qəzetin redaktoru isə Samir Sədaqətoğlu idi. Məqalədə İslam və Xristianlıq dini əxlaq və humanizm kontekstində müqayisə edilmişdi. Həmin məqaləyə görə, hər iki jurnalistə cinayət işi açılmış, həbsdə keçən istintaqın ardınca Rafiq Tağı 3, Samir Sədaqətoğlu 4 il azadlıqdan məhrum edilmişdi. Dini nifrət və düşmənçiliyi təşviq etməkdə günahkar bilinən jurnalistləri 2007-ci ilin sonunda Azərbaycan prezidenti əfv etmişdi.

AİHM jurnalistlərin cəzalandırılmasını ifadə azadlığı hüququnun pozuntusu elan edib. Hər iki jurnalistə 12 850 avro təzminat ödənilmə ilə bağlı qərar verib. Qərarda ifadə azadlığına yüksək dəyər verən presedentləri sadalayıb.

Qeyd edib ki, “Avropa və Biz” məqaləsinə görə iki jurnalistə cinayət cəzasının verilməsi demokratik cəmiyyətdə qətiyyən zəruri deyildi. AİHM “Eynulla Fətullayev Azərbaycana qarşı” qərarını - ifadə azadlığına cinayət-hüquqi müdaxiləni qeyri-legitim saydığını da xatırladıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  5 Dekabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/up5qdd

Ən çox baxılan