Oyun Azərbaycan çempionunun böyükhesablı məğlubiyyəti ilə bitib
“Qarabağ” komandası oktyabrın 26-da UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Azərbaycan çempionu Almaniyada “Bayer” klubunun qonağı olub. “Bay Arena”da keçirilən qarşılaşma saat 23:00-da start götürüb.
Qarşılaşma “Qarabağ”ın 1:5 hesablı məğlubiyyəti ilə başa çatıb.
H qrupunun digər matçında Norveç təmsilçisi “Molde” İsveçin “Hakken” komandasını qəbul edib. Oyun Norveç klubunun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrup mərhələsinin üçüncü turundan sonra “Bayer” 9 xalla H qrupunda ilk pillədə qərarlaşıb. 6 xala malik “Qarabağ” qrupda ikinci, “Molde” 3 xalla üçüncü, hesabında xalı olmayan “Hakken” isə sonuncu pillədə yer alıb.