Avropa İttifaqı: Azərbaycanda prezident seçkiləri ciddi pozuntularla keçirilib

Seçki

Seçki

"Seçkilər siyasi vəziyyətin məhdudlaşdırılması şəraitində və əsas hüquq və azadlıqları - toplaşma, ifadə, kütləvi informasiya azadlıqlarını məhdudlaşdıran qanunlara uyğun olaraq keçirilib"

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarının mətbuat xidməti Azərbaycanda keçirilmiş prezident seçkilərinin yekunları ilə bağlı bəyanat yayıb. Bu barədə "Turan" məlumat yayıb.

Bəyanatda deyilir:

"Seçkiləri müşahidə edən ATƏT DTİHB missiyası qeyd edib ki, Azərbaycan hakimiyyəti beynəlxalq müşahidəçilərə müsbət münasibət göstəriblər və onlar sərbəst işləyə biliblər ki, bu da konsruktiv addım sayılır. Missiyanın hesabatına görə, seçkilər siyasi vəziyyətin məhdudlaşdırılması şəraitində və əsas hüquq və azadlıqları - toplaşma, ifadə, kütləvi informasiya azadlıqlarını məhdudlaşdıran qanunlara uyğun olaraq keçirilib. Seçki günü müşahidəçilər şəffaflığın olmadığını və çoxsaylı ciddi pozuntuların olduğunu bildiriblər. Avropa İttifaqı Azərbaycan hakimiyyətinin Şurada iştirak edəcəyini, bu və əvvəlki seçkilərlə bağlı ATƏT/DTİHB-nin tövsiyələrini yerinə yetirəcəyini gözləyir. Aİ bu prosesdə yardım etməyə hazırdır. Aİ Azərbaycan xalqı və Azərbaycanla Aİ arasında münasibətlər naminə yeni prezidentlik dövründə demokratiya və insan hüquqları məsələlərinin həlli məqsədilə Azərbaycanla dialoqu və sıx əməkdaşlıqı davam etdirəcəyinə ümid edir"

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jatw4o

Ən çox baxılan