ATƏT-in Minsk Qrupunun ləğvi prosesi 2025-ci ilin dekabrında yekunlaşacaq.
Bunu təşkilatın hazırkı sədri, Finlandiyanın daxili işlər naziri Elina Valtonen Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat keçirdiyi mətbuat konfransında bildirib.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
ATƏT-in Mİnsk qrupu 1992-ci ildə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə yaradılmışdı.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı işğal olunmuş bütün ərazilərində nəzarəti bərpa edib.
2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın ev sahibliyi etdiyi üçtərəfli sammit keçirilib, birgə bəyanat qəbul olunub. Bəyanatda ATƏT Minsk qrupunun ləğvi və Azərbaycanın Naxçıvan eksklavına maneəsiz əlaqəsinin təmin olunması, eyni zamanda Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması öhdəlikləri yer alıb.
2025-ci il sentyabrın 1-də ATƏT-in 57 üzv ölkəsi ilin sonunadək Minsk qrupunu ləğv etməyə yekdilliklə səs verib.
Elina Valtonen Azərbaycan və Ermənistanın iki ölkə arasında fikir ayrılıqlarının nizamlanması ilə məşğul olan bu mexanizmin ləğvinə dair birgə qərarını alqışlayıb.
O, həmçinin Ermənistan və Azərbaycanın qrupun fəaliyyətinə xitam verilməsi ilə bağlı birgə müraciətini bəyəndiyini də ifadə edib və prosesin müəyyən olunmuş müddət ərzində tam başa çatdırılacağına ümid etdiyini bildirib.