“Arqument.az”ın iddiası təmin olunmayıb

Saytın nazirliyə qarşı tələbi yerinə yetirilmədi

Source:


Saytın nazirliyə qarşı tələbi yerinə yetirilmədi

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “arqument.az” saytının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı qaldırdığı iddianı təmin etməyib. Sayt blonklandığına görə nazirlik məhkəməyə verilmişdi.

Bu barədə saytın baş redaktoru Şəmşad Ağa öz “Facebook” hesabında məlumat yayıb.

Baş redaktorun sözlərinə görə, proses dekabrın 24-də baş tutub:

“4 ay çəkən məhkəmə prosesi islahatın fışqırması nəticəsində belə sonuclandı“.

Şəmşad Ağa qərardan apelyasiya şikayəti verəcəklərini bildirib.

“Arqument.az” saytı bu ilin aprelində Cəlilabadda kartof rüsumuna etiraz edən fermerlərin aksiyasından sonra bloklanıb. Aprelin 8-10 tarixlərində ölkədə yayımı qadağan edilən sayta sonradan kiber-müdaxilə olunub.

Baş redaktorun sözlərinə görə, saytı bloklandıqdan sonra materialların silinməsi tələb olunsa da, bunu etməyiblər.

“Arqument.az” 2018-ci ilin avqust 8-də də Səbail Rayon Məhkəməsinin qərarı ilə bloklamışdı. Səbəb kimi saytda yayımlanan 2 yazı göstərilirdi. Həmin yazılar başqa saytlara istinadla verilmişdi və bütün tərəflərin mövqeyi əks olunurdu. Yazılardan biri Meydan TV-yə məxsus idi.

Bir neçə gün sonra isə Bakı Apelyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını ləğv etmişdi.

Ana səhifəXəbərlər“Arqument.az”ın iddiası təmin olunmayıb