Arif Quliyev vəfat edib

Arif Quliyevin ciyərlərinin 90 faizi COVID-19-dan zədələndiyi üçün süni tənəffüs aparatına qoşulmuşdu.

Source: sputnik.az


Xalq artisti koronavirus infeksiyasına yoluxmuşdu

COVİD-19 infeksiyasına yoluxan Xalq artisti Arif Quliyev vəfat edib.

Məlumatı Meydan TV-yə sənətçinin oğlu Rövşən Quliyev verib.

Aktyor aprelin 20-dən “Yeni Klinika”da müalicə olunurdu.

Arif Quliyevin ciyərlərinin 90 faizi COVID-19-dan zədələndiyi üçün süni tənəffüs aparatına qoşulmuşdu.

Arif Quliyev 1950-ci il mayın 16-da Əli-Bayramlı şəhərində (indiki Şirvan) doğulub.

Aktyor “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar”, televiziya tamaşalarına, həmçinin “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” kimi bədii filmlərdə çəkilib.

İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyirdi. 1989-cu ildə əməkdar, 1993-cü ildə xalq artisti fəxri adına layiq görülüb.

Ana səhifəMədəniyyətArif Quliyev vəfat edib