Arif Qazıyev vəfat etdi

Arif Qazıyev. Foto: axsam.az

84 yaşlı incəsənət xadimi insult keçirib

Əməkdar incəsənət xadimi, televiziya rejissoru, ssenarist Arif Qaziyev vəfat edib.
Onun bu gün günorta saatlarında insult keçirdiyi bildirilir.

Arif Qazıyev 1938-ci il mayın 17-də Yerevan doğulub, Gəncədə yaşayıb. Orta təhsilini Gəncədə alıb.
Bəstəkar Fikrət Əmirovun təkidi ilə Bakıya gəlib və Teatr İnstitutunda təhsilini davam etdirib.
1956-ci ildən Azərbaycan Televiziyasında fəaliyyətə başlayıb.

Daha sonra televiziyanın nəzdində yaradılan Miniatür Teatrının aktyor truppasına keçib, bir müddət musiqi şöbəsində çalışıb.

Arif Qazıyev “Şəhər üzərində mahnı” (1965), “Çalır Tamilla Mahmudova” (1966), “Məhəbbət haqqında əfsanə” (1967), “Üçüncü simfoniya” (1968), “Sevinc” (1968), “Təsnif” (1969), “Toyda görüş” (1970), “Torpaq patriarxları” (1971), “Çempionlar məktəbi” (1972), “Gülüstan Bayatı-Şiraz” (1972), “Avtomobildən qorun” (1974), “Payız melodiyaları” (1974), “Bəstəkar Qara Qarayev. Opus-78” (1979), “Bəstəkar Rauf Hacıyev” (1982), “Salam Zeynəb” (1982), “Elimin bayramıdır” (1989), “Qara Qarayev” (2003), “Məşədi İbad-94” (2005), “Xarıbülbül” (2006) və digər filmlərin müəllifidir.

Arif Qazıyev 1988-ci ildə Muğam Teatrını yaradıb, uzun müddət teatrın bədii rəhbəri və baş rejissoru olub.
Muğam Teatrı 2014-cü ildə ləğv edilib.

Ana səhifəMədəniyyətArif Qazıyev vəfat etdi