Allahşükür Paşazadə: Çoxlu mülküm olması ilə bağlı deyilənlər iftiradır

Sərdar Cəlaloğlu: ”1800 hektar torpağı qaytardığını bildiribsə, nəyi təkzib edir?!”

Source:
Allahşükür Paşazadə foto sosial şəbəkə
Allahşükür Paşazadə foto sosial şəbəkə


Sərdar Cəlaloğlu: ”1800 hektar torpağı qaytardığını bildiribsə, nəyi təkzib edir?!”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 11 aprel növbədənkənar prezident seçkisinin debatlarında namizədlərin haqqında səslədnirdiklərinə münasibət

bildirib

.

Allahşükür Paşazadə “mənim çoxlu mülküm olması ilə bağlı deyilənlər iftiradır, təxribat məqsədi ilə yayılır” deyərək əlavə edib ki, hətta bununla bağlı ölkə başçısı ilə də söhbəti olub:

“Gizlətmirəm, mənim prezidentlə söhbətlərim olur. Onda da heyrətimi gizlətmirəm ki, bu qədər iftiranın səbəbi nədir. Deyirlər, şeyxin xaricdə, ya da burda çoxlu mülkü var. Bunların hamısı təxribatdır. Əvvəla, sevinin ki, sizin şeyxiniz bu cür güclü olsun. İkincisi isə xaricdən onsuz da dini liderə qarşı iftira var, bunu daxildə də davam etdirməklə nə əldə edirsiniz? Xaricdən həm prezidentimizə, həm də mənə – şeyxülislama qarşı belə çirkin təxribatlar törədilir. Ölkə daxilində bəziləri “prezidentə qarşı deyiləni qəbul etmirəm, amma şeyxə haqqında deyilənlər düzdür”, – deyir. Bu, necə olur? Demək, sən təxribatla yenə də barışmış olursan. Deyirlər, nəzir qutularına nəzarət edirəm və sair. Yalandır. O qutularla mənim nə işim var?”.

Onun söylədikləri barədə Meydan TV prezidentliyə namizəd, ADP sədri Sərdar Cəlaloğluya sorğu ünvanlayıb. Sərdar Cəlaloğlu bildirib ki, şəxsən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Dəvəçi rayonunda 1800 hektar torpağı istifadəsiz olduğu üçün qaytardığını bildiribsə, nəyi təkzib edir?!:

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu

“Bu barədə özü mətbuata danışıbsa, mən hardan öyrənə bilərəm?”.

S.Cəlaloğlu deyir ki, Allahşükür Paşazadəni heç kim hədəf seçməyib, nə daxildən, nə xaricdən. Yaxşı olardı, müvafiq orqanlar onun fəaliyyətini yoxlasınlar, hansı işlərlə məşğul olduğunu bilərlər:

“Xaçmazda onun 100 hektarlıq alma bağını özüm görmüşəm. Hamısı da geni dəyişdirilmiş ağaclardır. Yaxud Heydər Əliyev prospektində tikdirdiyi villalların hesabatını versin ki, hansı vəsaitlə bunları edib?! Böyük Britaniya səfirliyində ziyafətdə şeyxə dedim ki, qohumların adından sitifadə edib insanları incidir, onların zəncirin yığ, belə olmaz. Konkret, Bilgəhdəki qudasının camaatı incitdiyini demişdim. Mənə cavab verdi ki, qohumlarımla danışmışam, mən onların dirilərinə, onlar da mənim ölülərinmə qarışmır. Bax, bu, onun mənə dedikləridir”.

Ana səhifəXəbərlərAllahşükür Paşazadə: Çoxlu mülküm olması ilə bağlı deyilənlər iftiradır