Alek Bolduin məhkəməyə verildi

Alek Bolduin. Foto: DW

Çəkiliş meydançasında həlak olan operatorun həyat yoldaşı şikayətçidir

“Rust” filminin çəkilişləri zamanı həlak olan operator Qalina Hatçinsin həyat yoldaşı, aktyor Alek Bolduini və filmin yaradıcı heyətini məhkəməyə verib.

Nyu-Meksiko məhkəməsinə təqdim olunan şikayət ərizəsində bildirilir ki, Bolduin və digər cavabdeh şəxslər filmin çəkilişləri zamanı əsl odlu silahdan istifadə ediblər.

Nəticədə də təhlükəsizlik qaydalarına əməl edilməyib.

Sənəddə o da qeyd edilir ki, yaşamaq Qalina Hatçinsin haqqıdır və cavabdeh şəxslər çəkiliş meydançasında təhlükəsizliyə əməl etməliydilər.

Cavabdeh şəxslər çəkiliş meydançasında olan hər bir insanın təhlükəsizliyini qorumağı özlərinə borc bilsəydilər, operator hazırda həyatda olardı.

Alek Bolduin ötən ilin oktyabrında “Rust” filminin atışma səhnəsi lentə alınarkən rejissor Joel Souzanı və 42 yaşlı operator Qalina Hatçinsi yaralayıb.

Qalina Hatçins ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin istintaq zamanı odlu silahın hansı şəraitdə real güllələrlə doldurulduğu açıqlanmır.

İndiyə kimi aktyora qarşı heç bir ittiham irəli sürülməmişdi.

Ana səhifəMədəniyyətAlek Bolduin məhkəməyə verildi