Aktyor Kianu Rivz “Ağ Şəhərdəki Şeytan” serialında rol ala bilər

Kianu Rivz, Kathy Hutchins/Shutterstock

Leonardo Di Kaprio əsərin filmə uyğunlaşdırılması hüququnu şəxsən alıb

Aktyor Kianu Rivz yazıçı Erik Larsonun “Ağ Şəhərdəki Şeytan” (“The Devil in the White City”) sənədli detektiv əsəri əsasında çəkilən serialda rol ala bilər.

Xarici mətbuatın yazdığına görə, hazırda aktyorla danışıqlar aparılır.

Serialın icraçı direktorları aktyor Leonardo di Kaprio və Matin Skorzesedir. Matin Skorzese həm də serialın rejissorudur.

“Ağ Şəhərdəki Şeytan” serialı doktor Holms təxəllüsü ilə qətllər törətmiş qatil Herman Vebster Mudgett haqqında klassik sənədli trillerdir. Doktor Holms öz qorxunc əməllərini 1893-cü ildə Çikaqoda Ümumdünya Sərgisi zamanı otelində törədib. Təxminən iki yüzə yaxın turisti amansızca qətlə yetirib.

Erik Larsonun “Ağ Şəhərdəki Şeytan” (2003) əsəri 2004-cü ilin “Ən yaxşı detektiv hekayəsi” seçilib və iyirmidən çox dilə tərcümə edilib. Dünyada ən çox satılan kitab olub.

Leonardo Di Kaprio əsərin filmə uyğunlaşdırılması hüququnu şəxsən alıb.

O, serialda Doktor Holms obrazını canlandıracaq.

Ana səhifəMədəniyyətAktyor Kianu Rivz “Ağ Şəhərdəki Şeytan” serialında rol ala bilər