Akademik Milli Dram Teatrı fəaliyyətini müvəqqəti dayandırdı

Foto: Azərtac

Teatrın mətbuat katibi deyir ki, bu qərar koronavirusla bağlı verilib

Akademik Milli Dram Teatrı koronovirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

Bu barədə məlumatı teatrın mətbuat katibi Cavid Zeynallı “Facebook” səhifəsində paylaşıb.

O bildirib ki, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb.

“Yanvarın 23-dən fevralın 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Bu tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın7-dək məhdudlaşdırılır”, – Cavid Zeynallı qeyd edib.

Tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq.

2020-ci il martın 14-dən COVİD-19 pandemiyası ilə əlaqədar bağlanan Azərbaycan teatrları fəaliyyətini ilyarım sonra, 2021-ci il oktyabrın 1-dən bərpa edib.

Ana səhifəMədəniyyətAkademik Milli Dram Teatrı fəaliyyətini müvəqqəti dayandırdı