Aİ-92 və dizel yanacağının qiyməti artırıldı

“Yanacağın qiymətinin əldə edilməsindən əldə olunan əlavə gəlirlər hesabına ölkəyə elektromobillərin və hibrid maşınlarının gətirilməsinə subsidiya verilsin”

Source: Specify Source


Qərar yanvarın 5-dən qüvvəyə minəcək

Yanvarın 5-dən etibarən Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılır. Bununla bağlı Tarif (qiymət) Şurası qərar verib. Tarif Şurasının

məlumatı

na görə, şuranın yanvarın 4-də keçirilən növbəti iclasında

Dövlət Neft Şirkətinin (SOCAR) şuraya müraciəti müzakirə edilib. Şirkət ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib.

Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib.

SOCAR-ın müraciətində bildirilib ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.

İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bildirilir ki, dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2 dekabr 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 14 iyul 2017-ci ildə aparılıb.

Məlumatda bildirilir ki, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq.

“Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir. Bununla yanaşı, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacaqdır”, – qərarda qeyd olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə digər neft məsullarının (Aİ-92 markalı avtomobil benzini, dizel və bitum istisna olmaqla) qiyməti liberallaşdırılıb.

Tarif (qiymət) Şurasının iclasında digər sahələr üzrə tariflərə də yenidən baxılıb.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, əmlak barədə məlumatların reyestrə daxil edilməsi və əlaqədar xidmətləri üzrə tariflərə baxılması barədə müraciəti müzakirə edilib. Bu xidmətlər üzrə tariflərin 2009-cu ildə təsdiq olunduğu və tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitin keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsi üçün avadanlıqların alınmasına, işçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə sərf ediləcəyi nəzərə alınaraq, yeni tariflər təsdiq olunub.

Yeni tariflər 5 yanvar 2021-ci il tarixindən tətbiq ediləcək.

Tarif (qiymət) Şurasının iclasında yeni dövlət qeydiyyatından keçmiş 300-ə yaxın dərman vasitəsinin qiyməti də təsdiq olunub. Ticarət adı, farmaseptik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12.392 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet

saytı

nın “Dərman vasitələri”

bölməsi

ndə yerləşdirilib.

Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarı ilə fitosanitar tədbirlərə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının təsdiq edildiyi nəzərə alınaraq, Tarif (qiymət) Şurasının 01.08.2014-cü il tarixli 4 nömrəli Qərarı ləğv olunub.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi

saytı

nın “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Tarif Şurasının yanacaqla bağlı qərarını şərh edən iqtisadçı Rövşən Ağayev öz “Facebook” səhifəsində yazıb ki, hökumət dizel yanacağının qiymətini daha çox artırmağı ekologiyaya qayğı ilə əlaqələndirirsə, ekologiyaya sədaqətini başqa yolla da sübut edə bilər:

“Yanacağın qiymətinin əldə edilməsindən əldə olunan əlavə gəlirlər hesabına ölkəyə elektromobillərin və hibrid maşınlarının gətirilməsinə subsidiya verilsin. Məsələn, dəyəri 20 000 dollara qədər olan maşınlara idxal qiymətinin 25%-i, 20000-30000 dollar intervalında olanlara isə 20%-i qədər subsidiya ödənsin. Əlavə olaraq, həm hibrid, həm də elektromobillər 0% rüsum və vergisiz idaxl edilsin. Bir də maraqlı məqam odur ki, sərnişindaşımaya kompensasiya nəzərdə tutulduğu halda fermerlər niyə kənarda qalmalıdır ki? Aqrar sektorun bütün fəaliyyəti dizel yanacağı üzərində qurulub”.

Ana səhifəİqtisadiyyatAİ-92 və dizel yanacağının qiyməti artırıldı