AFFA-nın qərarı: ”Qəbələ” futbolçuya 40 min dollar ödəməlidir

Klub verilmiş qərarı yerinə yetirməkdən imtina etsə, onlara xəbərdarlıq ediləcək və pul cəzası tətbiq olunacaq

Source:
Taleh Heydərov
Taleh Heydərov


Klub verilmiş qərarı yerinə yetirməkdən imtina etsə, onlara xəbərdarlıq ediləcək və pul cəzası tətbiq olunacaq

Vaxtilə “Qəbələ”də oynamış, hazırda “İnter”də çıxış edən Ruslan Əmircanovun keçmiş klubundan AFFA-ya şikayət etdiyi barədə məlumat vermişdik. Ruslan Əmircanov Meydan TV-yə verdiyi açıqlamada “Qəbələ”nin müqavilə şərtlərini yerinə yetirmədiyini, klubun ona120 mn dollar borclu olduğunu bildirmişdi(https://www.meydan.tv/az/article/qebele-klubu-futbolcunun-pulunu-odemekden-imtina-edir/) . “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı isə Əmircanova borclu olduqlarını, amma bu pulu ödəməyəcəklərini demişdi. Səfiyarlı müqavilə öhdəliyinə əməl etməmələrini mənəvi amillərlə əsaslandırmışdı. Bildirmişdi ki, Əmircanov uzun müddət zədədən əziyyət çəkdiyi üçün az oynayıb. Klub rəhbərliyi də bunu əsas gətirərək, ona olan borcunu ödəməkdən imtina edib.

Ruslan Əmircanov
Ruslan Əmircanov

Artıq AFFA məsələ ilə bağlı qərar verib. Qurum futbolçunun iddiasını qismən təmin edib. AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarına əsasən, “Qəbələ” Əmircanova 40 min dollar ödəməlidi. Əmircanov bu qərarla razılaşacaq, yoxsa FİFA-ya müraciət edəcək? Məsələ ilə bağlı futbolçunun vəkili ilə əlaqə saxladıq. Əmircanovun vəkili, “Futbolçulara Hüquqi Yardım Mərkəzi”nin icraçı direktoru Nazir Quliyev Meydan TV-yə verdiyi açıqlamada bildirdi ki, qərarla razılaşacaqlar və FİFA-ya müraciət etməyəcəklər:

“Biz Ruslanın haqlı olduğunu bilirdik. Amma buna baxmayaraq, əvvəldən də demişdik ki, “Qəbələ” ilə problemi kompromis yolla həll etməyə hazırıq. Çox təəssüf ki, “Qəbələ” rəhbərliyi bizim kluba göndərdiyimiz məktuba cavab vermədi. Ondan sonra məcbur olub AFFA-ya müraciət etdik. Azərbaycanlı futbolçunun klubdan şikayət edərək, haqqını tələb etməsi və bu prosesdən qalib ayrılması ölkədə ilk nümunədi. Düzdü, AFFA bizim iddiamızı qismən təmin edib. Ancaq bunun özü də futbolçunun haqlı olmasının təsdiqidi. Biz istəmirdik ki, məsələ bu müstəviyə çatsın. Bu məsələdə bütün kompromis təkliflərə açıq idik. Sadəcə, “Qəbələ” rəhbərliyi futbolçu ilə danışıq aparmaqdan imtina edərək, Əmircanova bir qəpik də ödəməyəcəklərini bildirdilər. Bu məsələdə AFFA-nın baş katibi Elxan Məmmədovun da işini qeyd etməliyəm. O, futbolçunun hüququnun qorunması üçün zəruri dinləmələrin keçirilməsində köməyini əsirgəmədi. Ümid edirik ki, Ruslanın bu mübarizəsi digər yerli futbolçular üçün də nümunə olacaq. Bu məsələdə beynəlxalq futbol təşkilatlarına müraciət etmək istəmirdik. Ona görə AFFA-nın qərarı ilə razılaşacağıq”.

Səbuhi Səfiyarlı
Səbuhi Səfiyarlı

“Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı AFFA-nın qərarından sonra “Futbol+” qəzetinə verdiyi açıqlamada Ruslan Əmircanova daha çox pul verdiklərini, amma onun bununla razılaşmadığını bildirib. Səfiyarlı deyib ki, onlar Ruslana 40 min dollardan artıq pul təklif ediblər, amma futbolçu bunu qəbul etməyib. Ancaq bizim məsələ ilə bağlı təqdim etdiyimiz linkdəki yazıda da Səfiyarlı bildirib ki, Əmircanova pul ödəmək fikirində deyillər. Məsələ ilə bağlı Ruslan Əmircanovun da mövqeyini öyrəndik. Əmircanov bildirdi ki, “Qəbələ” rəhbərliyi ona kompromis varinat təklif etməyib:

“Mənə kompromis variant təklif etməyiblər. Vəkilim kluba məktub göndərib, ona dacavab verməyiblər. Təbii, kompromis variant təklif etsəydilər, qəbul edərdim. “Qəbələ” ilə düşmən deyiləm. Bu klubda oynamışam, ordakı insanlara böyük hörmətim var. Əvvəldən demişdim ki, məsələnin böyüməsinin tərəfdarı deyiləm. Kompromis varinata hazır olduğumu AFFA-nın çıxardığı qərarla razılaşmaqla bir daha göstərmiş oldum. Azərbaycan futbolundakı hazırkı durumu bilirəm. Bilirəm ki, klublarda maliyyə sıxıntısı var. Belə olan təqdirdə “Qəbələ”nin kompromis təklifini niyə qəbul etməyəydim ki? Sadəcə, onlar belə təkliflə çıxış emədilər” .

Rəmiş Malıyev
Rəmiş Malıyev

“Qəbələ”nin qərardan 15 gün ərzində şikayət vermək hüququ var. Ümumiyyətlə, “Qəbələ” AFFA-nıqərarını yerinə yetirməsə, futbolçuya 40 min dollar ödəməsə, klubu hansı cəza gözləyir? Bu məsələyə AFFA-nın hüquqşünası Rəmiş Malıyev aydınlıq gətirdi:

“Klubun qərarla bağlı şikayət etmək haqqı var. Ancaq burda da qərar onların əleyhinə olsa və klub həmin məbləği ödəməkdən imtina etsə, müəyyən cəza tədbirləri görülə bilər. Əvvəlki əsasnamədə bununla bağlı heç bir cəza nəzərdə tutulmamışdı. Ancaq yeni əsasnamədə var. Klub verilmiş qərarı yerinə yetirməkdən imtina etsə, onlara xəbərdarlıq ediləcək və pul cəzası tətbiq olunacaq”.

“Qəbələ”nin prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdu.

Ana səhifəAnalitikaAFFA-nın qərarı: ”Qəbələ” futbolçuya 40 min dollar ödəməlidir