Adı cinayət işində keçən şirkət dövlət idarələrindən azı 19 tender udub

Foto: arxiv

Bu tenderlərin ümumi məbləği 5 milyondan çoxdur

2019-cu ilin oktyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində bir neçə şirkətə qarşı Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 197.1 (əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi açılmışdı. Onlardan biri də “Fuad-Kimya-Servis” MMC-dir. 

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti press-reliz yaymışdı. İndi isə məlum olur ki, cinayət işi açıldıqdan sonra sözügendən şirkət dövlət idarələrindən azı 19 tender udub. 

Bu tenderlərin ümumi məbləği 5 milyon 68 min 642  manatdır (5 068 641.98 AZN). 

Şirkət nədə ittiham olunur? 

Baş Prokurorluğun həmin dövrdə yaydığı məlumatda bildirilir ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1A ünvanında yerləşən “Fuad-Kimya-Servis” MMC-yə məxsus yuyucu tozların istehsalının həyata keçirildiyi sexə baxış keçirilib. Bu zaman üzərlərinə ”Calgon”, “Comet”, “ACE”, “Domestos” yuyucu tozların və mayelərin adı yazılmış və həmin malların qablaşdırılmasında istifadə olunan karton materiallar, etiketlər, üzlüklər və boş polietilen paketlər aşkar edilərək götürülüb.

“Məhkəmə-ekspertizanın rəyinə görə, sexdəki kimyəvi-təmizləyici maddələr tərkibinə, keyfiyyət göstəricilərinə görə standartların tələbərinə uyğun gəlməyib. Ölçüləri, çəkiləri qablaşdırmanın üzərində qeyd edilən ölçü və çəkilərlə eynilik təşkil etməyib”. 

3 nəfər həbs edilib

Prokurorluğun məlumatında deyilirdi ki, iş üzrə Anar Qasımov, Natiq Novruzov, Vidadi Əliyev və Ülvi Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlara Cinayət Məcəlləsinin 192.2.1, 197.2, 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilib. Barələrində Binəqədi Rayon Məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Ancaq bundan sonra onların taleyi barədə heç bir məlumat yoxdur. İctimaiyyətə şəxslərin necə cəzalandırılması və ya azad olunması barədə məlumat verilməyib. Yalnız o məlumdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 5 sahibkarla bağlı məhkəmə prosesi keçirilib

Şirkət kimindir?

VÖEN nömrəsi 2900614681 olan şirkətin qanuni təmzilçisi Bağır Ağakərim oğlu Bağırovdur. MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10 manatdır. 

Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən şirkətə 2 saylı Ərazi Vergilər Baş İdarəsi nəzarət edir. 

Şirkət hansı tenderlərin qalibidir?

Vahid dövlət satınalmaları portalında şirkətin adını yazanda görürük ki, qalib gəldiyi 19 tenderin əksəriyyəti dövlət idarələrinin sifarişidir.  

Satınalan təşkilatın adı
Qalibin adı

Müsabiqənin adı
Təklifin qiyməti (AZN)
Tarix
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza MərkəziFuad Kimya-Servis MMCEkspertizaların aparılması üçün kimyəvi maddələrin satın alınması13699.2112/04/2022

“Azergold” QSC
Fuad Kimya-Servis MMCİstehsalat üçün kimyəvi maddələrin satın alınması2166138.14 01/04/2022
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar DepartamentiFuad Kimya-Servis MMCMəcburi köçkün qəsəbələrində deratizasiya,dezinseksiya və dezinfeksiya işləri48749.52 02/03/2022

“Azəralüminium” MMC
Fuad Kimya-Servis MMCXammal və köməkçi materialların tərkibinin təyini üçün istifadə olunan kimyəvi reaktivlər və digər laboratoriya sərf materiallarının satınalınması27677.91 28/02/2022

“Azərsu” ASC
Fuad Kimya-Servis MMC“Azərsu” ASC-nin daxili vəsaiti hesabına təmizləyici vasitələr və alətlərin satın alınması80263.6 23/02/2022
“Yeni Klinika” Publik Hüquqi ŞəxsiFuad Kimya-Servis MMCTəmizlik vasitələrinin satın alınması92071.86 14/01/2022

“Azərsu” ASC
Fuad Kimya-Servis MMCİçməli suyun emal prosesində istifadə olunan reaktivlərin satın alınması402724.6804/10/2021

“Su İdmanı Sarayı” MMC
Fuad Kimya-Servis MMCHovuz suyunun tərkibini nizamlamaq üçün kimyəvi maddələrin-Sulfat turşusu (H₂SO₄ 25 % – lik), Duz – tablet (Mazirsol), Xlor (11 % – 13 %) satın alınması70870.8 09/09/2021
“Azərsu” ASCFuad Kimya-Servis MMCMərkəzi laboratoriya və onun struktur vahidinə daxil olan laboratoriyalar üçün kimyəvi reagnetlər, mal-materiallar,avadanlıq,cihaz və ehtiyat hissələrinin satın alınması249103.96 30/08/2021
Azərbaycan Respublikası Müdafiə NazirliyiFuad Kimya-Servis MMCTəmizlik ləvazimatlarının satın alınması43720.3 27/07/2021
“Su İdmanı Sarayı” MMCFuad Kimya-Servis MMCHOVUZ SUYUNUN TƏRKİBİNİ NİZAMLAMAQ ÜÇÜN KİMYƏVİ MADDƏLƏRİN- SULFAT TURŞUSU (H₂SO₄ 25 % – lik), DUZ – TABLET (Mazirsol), XLOR (11 % – 13 %) SATIN ALINMASI70870.8 08/04/2021
Azərbaycan Respublikası Müdafiə NazirliyiFuad Kimya-Servis MMCTəmizlik ləvazimatlarının satın alınması43720.3 19/03/2021
“Azergold” QSCFuad Kimya-Servis MMCSu təmizləyici qurğunun alınması və quraşdırılmasının satın alınması53926 09/03/2021
“Azərsu” ASCFuad Kimya-Servis MMC“Sukanal” ETLİ laboratoriyası üçün tələb olunan reaktiv və avadanlıqların satınalınması242030.1527/01/2021
“Azərsu” ASCFuad Kimya-Servis MMCKimyəvi reagentlər və mal-materialların satınalınması640152.7304/06/2020
Dövlət Sərhəd XidmətiFuad Kimya-Servis MMCTəmizlik və yuyunma vasitələri203443.6821/04/2020
“Azərsu” ASCFuad Kimya-Servis MMCSukanal ETLİ laboratoriyası üçün tələb olunan reaktiv və avadanlıqların satın alınması113907.903/03/2020
“Azergold” QSCFuad Kimya-Servis MMCİstehsalat üçün kimyəvi maddələrin satın alınması390521.1214/02/2020
“Şahdağ Turizm Mərkəzi”QSCFuad Kimya-Servis MMCÇamaşırxana üçün kimyəvi vasitələrin satın alınması115049.3227/12/2019

Bitmədi

Bundan əlavə, Müdafiə Nazirliyi Sanitar Epidemioloji Nəzarət Mərkəzinin “Diaqnostikum preparatlarının satın alınması” tenderinin də, Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşunun elan etdiyi “Kimyəvi maddələr və digər sərfiyyat materiallarının satın alınması” və “kimyəvi maddələrin satın alınması” tenderlərinin də qalibi Fuad Kimya-Servis MMC-dir. Şirkət 3 tenderdən 4 milyon 951 min 259 manat əldə edib. 

Şirkət daha bir tenderi Prezident yanında Elmin İnkişafı Fondundan alıb. “Reagentlər” başlıqlı tenderdən 7,340.6 manat qazanıb. 

Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzinin “Referens laboratoriyada istifadə olunan reaktivlər və reagentlər” başlıqlı tender elanından isə 59,910.94 manat əldə edib. Daha 5,061.2 min manatlıq tenderi isə Ədliyyə Akademiyasının “Ədliyyə Akademiyası kriminalistika otağında ləvazimatlar” tenderindən qazanıb. 

Dövlət satınalmaları portalında olmayan başqa bir tender isə “Azərsu” ASC-nin “süzgəclərin əks yuyulması prosesində istifadə olunan reaktivlər” tenderidir ki, burada da qalib “Fuad Kimya-Servis” MMC-dir. İş üçün ayrılan vəsait isə 285,247.3 manatdır. AMEA Polimer Materialları İnstitutunun “Odadavamlı kimyəvi şüşə qabların satınalınması” tenderindən isə şirkət 2,647.33 manat vəsait əldə edib. 

Şirkətin qalib gəldiyi növbəti tenderlər isə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin elan etdiyi “tibbi vasitələrin satınalınması” və AMEA Polimer Materialları İnstitutunun elan etdiyi “kimyəvi reaktivlərin satınalınması”dır. Bu tenderlərdən şirkət müvafiq olaraq 14,015.7 və 887.34 min manat götürüb.

Son olaraq şirkət Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin elan etdiyi “Laboratoriya üçün idxal əlcək, maska və kimyəvi reaktivlərin satınalınması” tenderinin də qalibi olub. Mərkəzə 14,000.7 min manatlıq material verib. 

Eyni zamanda, “İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsi müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan, bəzi dövlət və tədbirlər proqramlarında istifadə olunan dərman vasitələrinin satınalınması və tibbi təyinatlı vasitələrin satınalınması ilə bağlı elan etdiyi 3 tenderin qaliblərindən biri yenə “Fuad Kimya-Servis” MMC-dir. Şirkətə bu tenderlər üçün 1 mln 687,2 min manat ödənib. 

Qanunla 

Dövlət satınalmaları haqqında” Qanunun 6.2.6-cı maddəsində deyilir ki, tenderlərdə iştirak edəcək podratçılar “satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri ilə əlaqədar cinayətə görə məhkum olunmamalıdır”. 

“Fuad Kimya-Servis” MMC- qanunverciliyin bu tələbini pozub. Barəsində cinayət işi açılandan 2 ay sonra “Şahdağ Turizm Mərkəzi” QSC-nin  elan etdiyi “çamaşırxana üçün kimyəvi vasitələrin satın alınması” tenderinin qalibi olub. 

Meydan TV-nin “Necə olur ki, barəsində cinayət işi açılmış şirkət tenderlərdə iştirak edir” sorğusu ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna edilən müraciətinə cavab verilməyib. 

“Fuad Kimya Servis” MMC-nin tenderlərə nəzarət edən əməkdaşı Vəfadar Həmidov isə Meydan TV-yə deyib ki, onlarla bağlı hər hansı cinayət işi açılmayıb. O iş də qurama olub: 

“Heç bir cinayət işi yox idi. O məlumatları hansısa vicdansızlar paylaşdı. Ar olsun elə adamlara. O insanların nəzərinə çatdırıram ki, mənim respublikam onlar üçün pozğunxana deyil”.

Ana səhifəTövsiyəAdı cinayət işində keçən şirkət dövlət idarələrindən azı 19 tender udub