AÇ-2024: Azərbaycan millisi seçmə mərhələdə ilk qələbəsini qazanıb

Foto: AFFA-nın rəsmi saytı

Yığma komanda səfərdə Estoniyanı məğlub edib

Futbol üzrə Azərbaycan milli komandası oktyabrın 13-də AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

İtaliyalı baş məşqçi Canni De Byazinin rəhbərlik etdiyi yığma komanda səfərdə Estoniya millisi ilə üz-üzə gəlib. Tallində keçirilən qarşılaşma saat 20:00-da start götürüb.

Foto: AFFA-nın rəsmi saytı

Oyun Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra Azərbaycan yığması F qrupunda 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 1 xalı olan Estoniya millisi isə qrup sonuncusudur.

Ana səhifəXəbərlərAÇ-2024: Azərbaycan millisi seçmə mərhələdə ilk qələbəsini qazanıb