Bakıdakı oyunda qonaq komanda minimal hesablı qələbə qazanıb
Futbol üzrə Azərbaycan milli komandası oktyabrın 16-da AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Seçmə mərhələnin F qrupunda yer alan Azərbaycan millisi Bakıda Avstriya yığmasını qəbul edib. 8-ci tur çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun saat 20:00-da başlayıb.
Qarşılaşma Azərbaycan yığmasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Azərbaycan millisi bu məğlubiyyətdən sonra F qrupunda 4 xalla 4-cü sırada yer alıb.