“Administrasiya rəsmisinin dedikləri həqiqətəuyğun deyil”
ABŞ-nin Azərbaycandakı səfiri Riçard Morninqstarın Azadlıq Radiosuna müsahibəsi hakimiyyətin etirazı ilı qarşılanıb. Xüsusən R.Morninstarın “Hökumət bütöv deyil”, “Hakimiyyət gərəksiz işlərlə məşğul olur” kimi fikirləri Prezident Administrasiyasının xarici məsələlər üzrə dövlət müşaviri Novruz Məmmədovun sərt cavabı ilə yadda qalıb. N.Məmmədov NİDA-çı gənclərə “Molotov kokteyl”ini ABŞ-in verdiyi söyləməklə Vaşinqtonu Azərbaycanda inqilab hazırlığında ittiham edib.
Mayın 19-da səfirliyin mətbuat xidməti Novruz Məmmədovun açıqlamasını “Turan”a şərh edib. Səfirlikdən bildiriblər ki, Novruz Məmmədovun söylədikləri həqiqətəuyğun deyil.