2023-cü ilin dövlət büdcəsi: gəlir və xərclər

Mənbə: Fed.az

Büdcə 30 milyard 720 milyon manat proqnozlaşdırılır

2023-cü ilin dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyi açıqlama yayıb.

Layihə görə, gələn ilin büdcəsinin gəlirləri 5 faiz, xərcləri isə 3 faiz artıb.

Məlumatda qeyd edilir ki, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon manat proqnozlaşdırılır.

Bu da 2022-ci ilin proqnozu ilə müqayisədə 1522,9 milyon manat və yaxud 5,2 faiz çoxdur.

Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 2022-ci illə müqayisədə 996,2 milyon manat və ya 3,1 faiz artımla 33 milyard 300 milyon manat proqnozlaşdırılır.

2022-ci ilin sənədində neftin bir bareli 85 dollar götürülüb.

Gələn ilin layihəsində isə bu rəqəm 50 dollar hesablanıb.

Fevraldan bu yana, Rusiya Ukraynaya hərbi müdaxiləyə başlayandan sonra dünya bazarında neft qiymətləri qalxıb.

Hazırda Azərbaycan neftinin bir bareli 95 dollardan baha satılır.

Ana səhifəİqtisadiyyat2023-cü ilin dövlət büdcəsi: gəlir və xərclər