2016-cı ildə təcili yardıma müraciət edənlərin sayı artıb

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında illik hesabatla bağlı mətbuat konfransı keçirilib. Baş həkiminin müavini İradə Əliyeva 2016-cı il ərzində olan çağırışların sayını açıqlayıb:

“Əvvəlki illə müqayisədə 2016-cı ildə çağırışların sayında 36 minə qədər artım olub. İl ərzində Təcili Yardım Stansiyasına 681 mindən artıq ümumi müraciət daxil olub. Onlardan 63 mindən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 83 mindən artıq olub. Onlardan xəstəxanaya yerləşdirilənlərin sayı isə 13 mindən çox olub. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olub”.

Baş həkiminin müavini İradə Əliyeva son günlər mətbuatda yayıla qrip epidemiyası ilə bağlı da danışıb:

“Qış aylarında həmişə hava damcı infeksiyaları artır. Yaz-payız aylarında əhali bağlı mühitdə çox oturur, qapı-pəncərə bağlı olur. Məktəbdir, bağçadır, lap ev şəraiti olsun, yəni bağlı mühit hava damcı infeksiyalarının artmasına səbəb olur”.

İradə Əliyevanın sözlərinə görə, bəzən xəstə yaxınları təcili tibb yardım maşınının salonuna, avadanlıqlara zərər yetirirlər. buna görə də onlar təcili tibbi yardım maşınlarına kameraların quraşdırılması ilə bağlı Səhiyyə Nazirliyinə təkliflər verib:

“Avtomobillərin ön şüşəsində və salonda kamera yerləşdiriləcək. Ön şüşədə yerləşdirilməsində məqsədi odur ki, təcili yardım maşınlarına bəzən öndə gedən avtomobillər yol vermirlər. Bir neçə saniyə maşının yol verməsi üçün gözləniləcək və həmin maşının nömrə nişanı kameraya düşəcək. Bununla mərkəzə xəbər veriləcək və həmin maşın barəsində gələcəkdə tədbir görüləcək. Salondakı kameranın məqsədi isə həkimin xəstəyə göstərdiyi yardımı qeydə almaq və xəstənin yaxınlarının tibb işçisinə münasibətini qiymətləndirmək üçündür”.

Ana səhifəVideo2016-cı ildə təcili yardıma müraciət edənlərin sayı artıb