“Transparency International təşkilatı” 2013-cü ilin ən korrupsioner ölkələrin siyahısını dərc edib. Siyahıda 177 ölkə yer alıb. Siyahı azdan-çoxa gedir.
Korrupsiyanı Qavrama İndeksinə görə ən az korrupsiya olan ölkələr
|
Ölkələr |
177 ölkə arasında yeri |
| Danimarka | 1 |
| Yeni Zelandiya | 2 |
| Finləndiya | 3 |
| isveç | 4 |
| Norveç | 5 |
| Sinqapur | 6 |
| İsveçrə | 7 |
| Hollandiya | 8 |
| Avstraliya | 9 |
| Kanada | 10 |
Siyahıda Azərbaycan və Rusiya 127, Gürcüstan 55, Ermənistan 94, Ukraina 144, Belarusiya 123-cü yerdədir. Göründüyü kimi bu il də Azərbaycan Qafqazın ən rüşvətxor ölkəsi seçildi. Amma heyfslənməyə dəyməz, müsbət mənada irəliləyiş var. Xatırladaq ki, keçən il korrupsiyanın səviyyəsinə görə Azərbaycan 176 ölkə arasında 139-cu olmuşdu.
Korrupsiyanı Qavrama İndeksinə görə Azərbaycanın sərhəd qonşuları arasında yeri
|
Ölkələr |
177 ölkə arasında yeri |
| Türkiyə | 53 |
| Gürcüstan | 55 |
| Ermənistan | 94 |
| Azərbaycan | 127 |
| Rusiya | 127 |
| Qazaxıstan | 140 |
| İran | 144 |
| Türkmənistan | 168 |
Bu siyahıda da Azərbaycan keçən illərə nisbətən qonşuları arasında yaxşı göstərici əldə edib. Keçən il isə ümumilikdə, Azərbaycanın mövqeyi bütün qonşuları arasında yalnız Türkmənistandan yuxarı idi.