Sənədli film müharibə müxbirinin lentə aldığı materiallar əsasında hazırlanıb
Ukrayna “Oskar” Komitəsi sentyabrın 18-də keçirilən iclasında Amerika Kino Sənəti və Elmləri Akademiyasının “Oskar” mükafatına “Ən yaxşı beynəlxalq bədii film” nominasiyası üzrə namizədlər sırasında ölkəni təmsil edəcək filmi seçib.
Bu, ukraynalı jurnalist və fotoqraf Mstislav Çernovun Mariupolda 20 günə çəkdiyi filmdir.
Çernovla birlikdə film üzərində fotoqraf Yevgeni Maloletka və prodüser Vasilisa Stepanenko işləyib.
Filmdə müharibənin başlanğıcı, doğum evinin bombalanması və müəlliflə “Associated Press”dən olan həmkarlarının rus qoşunlarının mühasirəsində xilas edilməsi göstərilir.
2022-ci il aprelin 21-də Rusiya Ukraynanın Mariupol şəhərinə nəzarəti tam ələ keçirib.