2 şəhər və 8 rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi uzadılıb

Qərargahdan bildirilib ki, sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusui karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.

Source: Meydan TV


Şəki, Lənkəran, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba və Xaçmazda məhdudiyyətlər qüvvədə qalıb

Azərbaycanın 2 şəhərində və 8 rayonunda karantin rejimi 14 dekabra qədər uzadılıb.

Bu barədə da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat

yayıb

.

Qərargahdan bildirilib ki, sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusui karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarına müvafiq dəyişiklik olunub: “Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-də saat 06.00-dək uzadılır”.


Xatırlatma

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-dən aşkarlandığı açıqlanıb.

O vaxtdan oktyabrın 29-na kimi aşkarlanan gündəlik yoluxmanın heç vaxt minə çatdığı bildirilməmişdi. Oktyabrın 29-da 1015, 30-da 1022, 31-də isə 1095 yeni yoluxma faktının qeydə alındığı açıqlanıb. Noyabrın sonundan isə yoluxma sayı 4 min nəfərdən çox təşkil edib.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 500 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Ana səhifəSosial2 şəhər və 8 rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi uzadılıb