136 nəfərdə koronavirus aşkarlandı, 3 nəfər öldü

Ölən xəstələrin 1932, 1956 və 1965-ci illərdə doğulduğu bildirilib.

Source: Reuters


Azərbaycanda 71 nəfər sağalaraq evə buraxılıb

Mayın 17-də Azərbaycanda 136 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunub və sağalaraq evə buraxılıb, 3 nəfər isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qəragah məlumat yayıb.

Ölən xəstələrin 1932, 1956 və 1965-ci illərdə doğulduğu bildirilib.

Operativ qərargah qeyd edib ki, Azərbaycanda hazırda 3274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər ölüb, 1220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Eyni zamanda, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 232.077 testin aparıldığını bildirilib.

Ana səhifəSosial136 nəfərdə koronavirus aşkarlandı, 3 nəfər öldü