“Kənddə mənim kimi bir neçə ailə də var ki, evləri 1 ildir qəzalı vəziyyətdədir".

Источник: Foto: Meydan tv

Başlıq: “Kənddə mənim kimi bir neçə ailə də var ki, evləri 1 ildir qəzalı vəziyyətdədir".

“Zəlzələdən bir il keçir, hələ də deyirlər ki, gözləyin”

Şamaxının kəndlərində zərər çəkmiş yüzlərlə ev hələ də təmir-brəpa olunmayıb

“Kəndimizdə zəlzələdən dağılan evləri tikmirlər, gəlib imkanlının evini düzəldib gedirlər. Ədalətsizlik baş alıb gedir, 1 ilə yaxındır ki, evimizin divarları aralanıb, tavanı başımıza çökmək üzrədir, düşdüyümüz vəziyyət hökumətin vecinə deyil”.

Ötən il fevralın 5-də Şamaxıda baş vermiş zəlzələdən evi qəzalı vəziyyətə düşənlərdən biri də Quşçu kəndindəki Adıgözəlovlar ailəsidir. Ailənin başçısı Mürşüd Adıgözəlov Meydan TV-yə danışır ki, rəsmi qurumlar tərəfindən evin təmir olunacağı vəd edilsə də, 1 ildir daş daş üstünə qoyulmayıb.

“Səsimiz prezidentə çatsın...”

“Kənddə mənim kimi bir neçə ailə də var ki, evləri 1 ildir qəzalı vəziyyətdədir. Hər yerə müraciət edirik. Kənd icra nümayəndəsi deyir: “mənlik deyil”, icra hakimiyyəti deyir: “gözləyin, düzələcək”. Biz istəyirik ki, səsimiz prezidentə çatsın, şəxsən maraqlansın, evlərimizin təmir-bərpası üçün ayrılan pullarla kəndlərdə hansı işləri görüblər”, - Mürşüd Adıgözəlov deyir.

“20 gün əvvəl qəbulda oldum”

Sakinlərin sözlərinə görə, Şamaxının həm özündə, həm kəndlərində yüzlərlə belə evlər var ki, zəlzələdən qəzalı vəziyyətə düşsə də, dövlət yardımı bu evlərdən yan keçib. Məsələn, Mürşüd Adıgözəlov deyir, zəlzələdən bir ay sonra rəsmi qurumların nümayəndələrinin əl-ayağının kənddən çəkildiyini görəndə özü qapı-qapı düşüb:

“Ötən ilin martından icra nümayəndəliyi, icra hakimiyyəti, fövqəladə hallar komissiyası – bu üç qurumun arasında qalmışam. Sonuncu dəfə də 20 gün əvvəl yenə şəxsən başçının qəbulunda olmuşam. Deyib: “gedin, gözləyin, gələcəklər”. Qışdır, soyuq aylardır, evin divarlarının arasından soyuq düz üstümüzə vurur. Baxırsan ki, filankəs imkanlıdır, gətirdilər, fəhlə qüvvəsini, tikinti materialını tökdülər, evini düzəldib getdilər, böyründəki kasıbın daxması dağılmış vəziyyətdə qaldı. Özbaşınalıqdır, ədalətsizlikdir, kimin imkanı var, gücü var, adamı var, hər şeyi onun üçün edirlər”.

"Özbaşınalıqdır, ədalətsizlikdir, kimin imkanı var, gücü var, adamı var, hər şeyi onun üçün edirlər”.

"Özbaşınalıqdır, ədalətsizlikdir, kimin imkanı var, gücü var, adamı var, hər şeyi onun üçün edirlər”.

Источник: Foto: Meydan tv

Komissiyaya rəsmi müraciət etsin, araşdırılsın”

Şamaxı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, zəlzələdən qəzalı vəziyyətə düşmüş tikililərin siyahıya alınması və təmir-bərpası məsələsi ilə rayonun Fövqəladə Hallar Komissiyası məşğul olur: “Həmin vətəndaşın evi zəlzələdən qəzalı vəziyyətə düşübsə və qeydiyyata alınıbsa, mümkün deyil ki, təmir-bərpa işləri aparılmasın. Həmin vətəndaş Fövqəladə Hallar Komissiyasına rəsmi müraciət etsin, məsələ yerindəcə araşdırılsın və tədbir görülsün. Bəzən vətəndaşlar gəlib sözlərini qapıda dayanana deyib, gedirlər, bu, düzgün müraciət forması deyil. Vətəndaş rəsmi müraciət etsin”.

Fövqəladə Hallar Nazirliyinin rəsmiləri isə bildirirlər ki, qurumun mütəxəssislərindən ibarət 36 qrup tərəfindən evlərə baxış keçirilib. 847 fərdi yaşayış evi qəzalı hesab edilib. 251 evin tikintisi başa çatıb, 257 evin tikintisi davam edir. Bərpaya ehtiyacı olan 2192 evdən 1339-da bərpa işlərinə başlanılıb. 449 evdə bərpa işləri yekunlaşdırılıb.

Ötən il fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə, İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib. Zəlzələ zamanı Şamaxı, Ağsu və İsmayıllıda dağıntılar qeydə alınıb. Ən çox zərər isə Şamaxı şəhərindəki evlərə dəyib.

Zəlzələdən bir gün sonra prezident İlham Əliyev Şamaxıya səfər edib, zərərçəkmiş sakinlərlə görüşüb, onlara evlərinin bərpa ediləcəyini, bərpası mümkün olmayan evlərin isə yenidən tikiləcəyini bildirib. Aidiyyəti qurumlara tapşırıqlarını verib. Bundan bir neçə ay sonra isə birinci vitse-prezident Mehriban Əliyeva da Şamaxıda olub, vəziyyətlə maraqlanıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/pxelir

Самое читаемое