''Zavodu bağlayıb, 200 nəfəri işsiz qoyurlar''

Zavod rəhbərliyi: ''Bizim zavodun bağlanması ilə bağlı rəsmi qərarımız yoxdur''

"MKT İstehsalat Kommersiya" MMC-nin Ucar filialı - Pambıqtəmizləmə Zavodunun martın 1-də bağlanacağı deyilir. Zavod əməkdaşları ilə indidən yollarını ayırıb.

Bu barədə Meydan TV-yə zavod işçiləri məlumat veriblər. Onlar çıxılmaz vəziyyətdə olduqlarını söyləyiblər:

“Gecə saatlarında xəbərdarlıq məktubu aldıq. Bu, bizim üçün qara xəbərdir. Çünki bu qədər insanın başqa bir yerdən bir qəpik gəliri yoxdur. 200 nəfərdən çox işçiyik. Biz bundan sonra ailəmizi necə dolandıracağıq, bilmirik. Bir günün içində 200 nəfərlə sağollaşmaq nə deməkdir? Deyirlər, bölgələrdə hamı işlə təmin olunub. Nəinki insanlar işlə təmin edilib, əksinə, işi olanlar da bizim kimi ixtisara gedir. Biz "MKT-Ucar" filialının 200 işçisi çıxılmaz bir vəziyyətlə üzləşmişik”.

“Rayonlarında iş tapmaq çətindir”

Sevda Yolçuyeva 4 il həmin zavodda çalışıb. Deyir, kimsəsi yoxdur, tək yaşayır. Zavodda katibə işləyirmiş. İndi qalıb işsiz. Rayonlarında iş tapmaq da çətindir. Bundan sonra nə edəcəyini bilmir:

“Mən bundan sonra nə edəcəyəm? İşığımı, qazımı gəlib kəsəcəklər. İndidən borc yığılıb, ödəyə bilmirəm. Hələ bunun ərzağı var, geyimi var. Mən hara, kimə müraciət edim, bilmirəm. 4 il idi orada çalışırdım. 250 manat da əmək haqqı alırdım. Ucarda başqa iş yeri yoxdur. Bilmirəm, bundan sonra harada işləyəcəyəm. İşləməyə bir yer yoxdur ki, gedək 100-150 manata işləyək. Heç olmasa, quru çörəyimizi alaq və kommunalımızı ödəyək. 250 manat əmək haqqım idi. Sürünə-sürünə dolanırdım. Əlimə bütöv də keçmirdi heç, 210-220 manat alanda sevinirdim. İndi heç bir yerdən bir qəpik gəlirim yoxdur, xahiş edirəm, bizə kömək edin”.

“Bizi bir məktubla işdən azad etdilər”

"MKT-Ucar" filialı (Ucar Pambıq təmizləmə zavodu) 1922-ci ildə inşa edilib. 1926-cı ildə istifadəyə verilib. Bu zavod sovetlər dönəmində böyük müəssisə olub. 2016-cı ildə adı dəyişdirilərək "MKT-Ucar" filialı olub.

Şikayətçilər deyirlər ki, burada 200 nəfər çalışırdı. Onların hər birinin evində 5-6 nəfər ailə üzvü var. Bu ailələrin yeganə gəlir yeri bu idarədən aldığı əmək haqqıdır.

“2019-cu il yanvarın 25-də hər bir işçiyə MKT İstehsalat Kommersiya MMC-nin baş direktoru Rövşən Həsənov tərəfindən xəbərdarlıq məktubu gəldi. Həmin məktubda deyilir ki, bizim "MKT İK" MMC ilə qarşılıqlı razılaşma əsasında 2019-cu il yanvarın 31-dək uzadılan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilib. Bununla əlaqədar hesablanmış son haqq-hesab məbləği əmək haqqı hesabınıza köçürüləcək. Sonda da xahiş ediblər ki, əmək kitabçamızı almaq üçün filialın kadrlar şöbəsinə yaxınlaşaq”.

“1000 nəfər insanı çörəksiz qoydular”

İşçilər bu məktubu qara xəbər kimi qəbul etdiklərini söyləyirlər. Bildirirlər ki, bundan sonra ailələrini necə dolandıracaqlarını bilmirlər:

“Rəhbərlik bizə bir neçə gün sonra dedi ki, yuxarıdan göstəriş verildi ki, zavod fəaliyyətini dayandırmayacaq, işləyəcək. Ondan bir müddət keçəndən sonra isə bildirdilər ki, zavod martın 1-də fəaliyyətini dayandıracaq. Zavodun fəaliyyətinin dayandırılmasına heç bir əsas yoxdur. Prezidentin xüsusi göstərişi ilə pambıqçılığın sürətlə inkişaf etdirildiyi bir vaxtda fəaliyyəti zəruri olan böyük bir zavodun qəfil bağlayıb, 200 nəfər zəhmətkeş işçini çörəksiz qoyurlar. Bu 200 nəfər işçinin evində 5 ailə üzvünü də hesaba alanda, 1000 nəfər insanın çörəksiz qoyulması nə dərəcədə doğrudur? Bu, soyqırım deyilmi? Yalvarırıq, "MKT-Ucar" filialının bağlanmasına imkan verməyin, bizə kömək edin”.

“Zavod bağlanarsa, mənim üçün çox pis olacaq”

İşçilərdən İlqar Həsənov deyir ki, evdə 8 nəfərdirlər. Ondan başqa çalışan yoxdur. Zavod bağlansa, hamısı acından öləcək:
“Onsuz da aldığım 350 manat idi. Onunla güclə dolanırdıq. Bir şeyə çatanda digərinə çatmırdı. Birtəhər bu aydan digərinə keçirdik. Çətin idi, amma dolanırdıq. İndi daha o pul da olmayacaq. Nə edəcəyimizi bilmirik”.

Nadir Mehdiyev üçün də işsizlik asan olmayacaq. Deyir, üstəlik, rayonda başqa iş tapmaq da mümkün deyil:

“Bir sözdü atıblar ortalığa. Deyirlər, zavod bağlanır. Amma söz veriblər ki, fevralın maaşını alacaqsınız. Evdə işləyən yoxdur məndən başqa. 5 nəfər də ailə üzvüm var. Çətindir, onları necə dolandıracağımı bilmirəm. 250 manat alırdım. Birtəhər ayı sona vururduq. Pensiyanı da üstünə gələndə dolanırdıq. İndi zavod bağlanarsa, mənim üçün çox pis olacaq”.

“Zavod da bağlansa, biz necə dolanacağıq?”

İşçilərdən Ağadadaş Ağalarov da zavod bağlanandan sonra ailəsini necə dolandıracağını bilmir. Deyir, çörəyi ordan çıxırmış. 4 nəfərlik ailəsi buradan dolanırmış:

“Bundan sonra necə olacaq, düşünə bilmirəm. Nə edəcəyəm? Pis, yaxşı 260 manat alırdım, birtəhər yetirdi. İndi o da olmasa, nə edəcəyəm? Rayonda iş-güc yoxdur. İnanmıram bundan sonra haradasa iş tapa biləm. Kəndli olsaq da, torpağımız yoxdur. Əkin-biçin edə bilmirik. Malımız, heyvanımız da yoxdur. Zavod da bağlansa, biz necə dolanacağıq? Çox çətin olacaq”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün "MKT İstehsalat Kommersiya" MMC ilə əlaqə saxlayıb. MMC rəhbərliyi bildirib ki, MKT-nin

Ucra filialının bağlanması ilə bağlı onların rəsmi və ya qeyri-rəsmi qərarları yoxdur:

“Ola bilsin işçilər nəsə eşidiblər, nədənsə şübhələniblər. Ancaq bizim filialın bağlanması ilə bağlı hər hansı bir qərarımız yoxdur”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/9879mm

Самое читаемое