Источник: Fed.az

Zaqatala və Balakənə sel gəldi: ölən var

İcra Hakimiyyəti: "Daşqının fəsadlarının aradan qaldırılması ilə bağlı işlər görülür"

Azərbaycanın şimalında – Balakən və Zaqatala rayonlarında daşqın olub.

Zaqatala sakinləri Meydan TV-yə məlumatı təsdiqləyiblər.

Onlar bildiriblər ki, selə səbəb leysan yağışlar olub: "Çaylarda su bollaşıb və daşması nəticəsində kəndləri su basıb. Yağışla bərabər güclü külək də əsdiyindən işıq dirəklərini sıradan çıxarıb. Nəticədə, işıqsız qalmışıq. Deyilənə görə, təmir edirlər, ancaq hələlik bir şey yoxdur. Yeməyi ocaqda bişirir, çayı samovarda qaynadırıq”.

Baku TV məlumat yayıb ki, Leysan yağışları Qəbizdərə kənd sakini 1968-ci il təvəllüdlü Abdulxanov Abdulbari Müslüm oğlu həyatını itirməsinə, bir nəfərin isə köməksiz qalmasına səbəb olub.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.

Məlumatda bildirilir ki, sentyabrın 23-də, gecə saatlarında FHN-in "112" qaynar telefon xəttinə Balakən və Zaqatala rayonlarının sakinlərindən küləklə müşayiət olunan intensiv yağışların yağması və yaranan fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər olub: “Araşdırmalardan sonra məlum olub ki, intensiv yağan yağışlar nəticəsində Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında sululuq artıb, qısamüddətli daşqın və sel yaranıb. Həmin daşqın Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya səbəb olub”.

Nazirlik əlavə edir ki, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinə məxsus helikopter yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub: “Əlavə məlumat veriləcək”.

Zaqatala Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, daşqının fəsadlarının aradan qaldırılması ilə bağlı işlər görülür: “Bəzi yerlərdə kəsilən elektrik xətlərinin bərpası işləri aparılır”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/la7p99

Самое читаемое