Yunan mətbuatı: SOCAR-ın vəzifəli şəxslərinin uşaqları adalarda milyonlar xərcləyib

Bir qrup azərbaycanlı gənc 19 gün ərzində Yunanıstanın Mikonos adasında iki milyon avro xərcləyib.

Source: Google

Bu barədə Yunanıstanın bir neçə mətbu orqanı məlumat

paylaşıb

.

Məlumatda deyilir ki, küləklər adasında dincələn bu gənclər Azərbaycanın neft-qaz şirkətində çalışan vəzifəli şəxslərin uşaqlarıdır. Onlar adadakı bir villada qalmaq üçün günlük 25.000 avro xərcləyiblər (cəmi 475.000 avro). Gənclər 4 saat əyləndikləri barda isə 65000 avro hesab ödəyiblər.

Gəncləri hər addımda gündə 700 avro maaş alan 12 cangüdən izləyib. Yəni ümumilikdə cangüdənlərə 159600 avro ödənib.

“Əslində, cangüdənlər gündəlik xərcləri üçün 50.000 avroya başa gələn çamadanlarla dolaşırdılar. Xərclər bu limiti keçdikdə, hesab üçün kredit kartlarından istifadə etdilər”, – xəbərdə deyilir.

Egey dənizinin ortasında yerləşən, daş küçələrlə döşənən bu ada qeyri-adi bitki örtüyü ilə seçilir. Mikonos həm də gecə həyatı ilə məşhurdur.

Məlumatlarda deyilir ki, ötən il də 16 nəfər azərbaycanlı gənc bu adada dincəlib və ayda üç milyon avro xərcləyib. O vaxt onların qalması gündə 50 min avroya başa gəlirmiş.

Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) rəsmilərinin və onların övladlarının adları tez-tez öz var-dövlətləri ilə gündəmə gəlir.

Sonuncu belə hadisə bu ilin iyununda ictimailəşdi. SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oğlu ilə bağlı xəbər dünya mətbuatında yer aldı. Məlum oldu ki, Rəşad Abdullayevə məxsus, dəyəri 1 milyon funt-sterlinq (1 milyon 200 min avro) olan saat İspaniyanın İbitsa adasında

oğurlanıb

.

İbitsa polisinin hadisə ilə bağlı sənədində zərərçəkmişin Rəşad Abdullayev olması qeyd olunub. Sənəddə onun xarici pasportunun nömrəsi də yazılıb.

Oğurlanan saat “Richard Mille (RM) 50-03 McLaren F1”dünyada ən bahalı modellərdən sayılır. Bildirilir ki, bu saatın yaradıcıları “Formula 1” bolidlərindən ruhlanıblar və modelin adında da bu qeyd olunub. Saatın çəkisi 40 qramdır və dünyada ən yüngül saat sayılır. Məlumata görə, bu modeldən dünyada cəmi 75 dənədir.

Ana səhifəSiyasətYunan mətbuatı: SOCAR-ın vəzifəli şəxslərinin uşaqları adalarda milyonlar xərcləyib