Yenə 13 Ermənistan vətəndaşına hökm oxundu

Ardınca çıxış edən vəkillər hüquqlarını müdafiə etdikləri şəxslər haqqında bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Source: Azərtac


Daha 13 nəfərin isə mühakiməsi davam edir

Azərbaycanla Ermənistan arasında 10 noyabr razılaşmasından sonra Xocavənd rayonunun Hadrut qəsəbəsindəki meşəlik ərazilərdə saxlanıldığı deyilən Ermənistan vətəndaşlarından daha 13 nəfərin Bakıda mühakiməsi yekunlaşıb. İyulun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rafik Karapetyan, Qurgen Qolayan, Hrayr Tadevosyan, Vaqarşak Maloyan, Sasun Yerğiazaryan, Arsen Vardanyan, Vahagen Bahrekyan, Setrak Soğomanyan, Arman Dilanyan, Manuk Martoyan, Vels Anbardanyan, Andranik Mikaelyan və Feliks Qriqoryana hökm oxunub. Hakim Azad Məcidovun sədrliyilə çıxarılan hökmə əsasən, onların hər biri CM-in 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və 228.3 (mütəşəkkil dəstə tərəfindən qanunsuz silah-sursat saxlama) maddələri ilə təqsirli bilinib və 6 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Ermənistan vətəndaşları cəzalarını çəkəndən sonra Azərbaycan ərazisindən deportasiya olunmalıdır.

Məhkəmə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlardan ikisinə – Cinayət Məcəlləsinin 214.2.1 (mütəşəkkil dəstə tərəfindən terrorçuluq) və 279.2 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində basqın etmə) maddələrinə xitam verib.

Hökm elan edilməmişdən əvvəl məhkəmədə prokuror çıxış edib. O da CM-in 214 və 279-cu maddələrilə verilmiş ittihamların xaric edilməsini, təqsirləndirilən şəxslərin hər birinə digər iki maddə ilə 7 il azadlıqdan məhrumetmə cəzası cəzası kəsilməsini təklif edib.

Ardınca çıxış edən vəkillər hüquqlarını müdafiə etdikləri şəxslər haqqında bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Daha sonra Ermənistan vətəndaşlarına son söz demək təklif olunub. Onlar hamısı günahsız olduqlarını, ədalətli hökm çıxarılacağına inandıqlarını bildiriblər. Təqsirləndirilən şəxslərdən bir neçəsi Azərbaycan hökumətinə, prezidentə və ölkənin məhkəmə-hüquq sisteminə təşəkkür etdiyini deyib.

Bundan sonra hökm çıxarmaq üçün müşavirəyə gedən Azad Məcidov, Zeynal Ağayev və Səbuhi Hüseynovdan ibarət hakimlər kollegiyası bir neçə dəqiqə sonra geri qayıdaraq, qərarını elan edib.

Hadrut meşələrində saxlanılanların 14 nəfərin məhkəməsi iyulun 2-də yekunlaşıb. Onlardan 12-nə 6 ay, 2-nə isə 4 il həbs cəzası verilib. Həmin günlərdə Ermənistan Ağdamdakı minaların xəritəsini Azərbaycana təqdim edərək, bir qrup vətəndaşını geri alıb.

Daha 13 nəfərə isə iyulun 22-də hökm oxunub. Onların da hər birinə 6 il həbs cəzası verilib.

Hadrut meşələrində saxlanılanlardan məhkəməsi yekunlaşanların sayı 40-a çatıb. Daha 13-nün mühakiməsi isə davam edir.

Ana səhifəSiyasətYenə 13 Ermənistan vətəndaşına hökm oxundu