Emin Xəlilov

Источник: Meydan TV

Başlıq: Emin Xəlilov

“Yemək tapa bilmirik deyə, xəstəlik haqda düşünmək olmur...”

Nə qazanıram ki, mənə 190 manat düşmür?

Kürdəmir sakini Emin Xəlilov ağır vəziyyətdə yaşadığını deyir. Onun sözlərinə görə, ailəsinin heç bir gəliri yoxdur.

“Karantin məni dilənçi gününə salıb”

Emin Xəlilov həyat yoldaşı ilə birlikdə darısqal mənzildə məskunlaşıb. Heç biri işləmir. Kürdəmir sakini deyir ki, axırıncı dəfə sovet dövründə daimi işi olub. O vaxt dəmiryolunda işləyirmiş. Sonralar fəhləlik eləməyə başlayıb:

“Daha çox ustanın əlinin altında günəmuzd işləmişəm. Son bir ildə vəziyyət lap pisləşib. Karantin məni dilənçi gününə salıb. İnanın, rayonda tək mən deyiləm bu vəziyyətdə olan. Hamı işsizlikdən Bakıya qaçır. Heç Bakıda da iş yoxdu indi. Nə qədər yerə getmişəm, iş çıxmayıb”.

Emin Xəlilov danışır ki, uzun illərin ağır zəhməti onun sağlamlığını da sıradan çıxarıb. 51 yaşı var, səhhətindəki xeyli problemlər özünü göstərir. Buna baxmayaraq, məcbur qalsa, yenə çiynini ağır yükün altına verəcək.

“Dərd burasındadır ki, fəhlə işi də tapmaq mümkün deyil. Bağbanlıq bacarıram. Gözətçi də işləyə bilərəm. Yəni yaşıma uyğun işlərə gedə bilərəm. Mənə bu yaşda, belə sağlamlıqla ağır işlər də olmaz. Amma çarəsizlikdən hər şeyə hazıram. Neyləmək olar, evə heç bir pul gəlmir. Yemək tapa bilmirik. Bir az əvvəl soğanla kələm qovurmuşuq. Başqa heç nə yoxdu. Heç soyuducumuz da...”, - Emin Xəlilov danışır.

“Qonşular hərdən 50 qəpik, 1 manat verir”

Nə qədər ağır olsa da, Emin Xəlilov məişət tullantıları yığılan yerlərdən enerji içkiləri qablarını toplayaraq satdığını etiraf edir. Həmin pula ər-arvad çörək alıb yeyir: “Gərək nə qədər qab toplayım ki, ortaya bir şey çıxsın. Bir manat, iki manat... Nə olsa, qənimətdi. Yoxsa acından ölürük. Daha çox “Hell” qabları çıxır qarşıma. Başqa şeylər də toplayıram. Yəni nəyə qəpik-quruş verərlərsə...”

51 yaşı var, səhhətindəki xeyli problemlər özünü göstərir.

51 yaşı var, səhhətindəki xeyli problemlər özünü göstərir.

Источник: Meydan TV

Ailəyə qonşular biganə deyil. Emin Xəlilov onların vəziyyəti yaxşı başa düşdüyünü deyir: “Hərdən 50 qəpik, 1 manat verirlər. Sağ olsunlar, razıyam onlardan. Çox acınacaqlı vəziyyətdəyik. Gizlətmirəm, açıq-aşkar aclıq çəkirik. Sirrimi qohum-əqrəbaya da açmıram. Dərdimi danışmıram. Amma indi gizlətməyin də mənası yoxdu. Hər şey göz qabağındadı”.

Xəlilovların həm oğul, həm də qız övladı ailə həyatı qurub, ayrı yaşayırlar. Valideynlər deyir ki, uşaqların da sosial durumu qənaətbəxş deyil.

“Oğlum da iş tapa bilmir özünə”, - Emin Xəlilov əlavə edir.

“Bir qəpik gəliri olmayan adama 190 manatı vermirlər”

Ailə yerli icra orqanlarına müraciət etməyi mənasız sayır. Çünki 190 manat yardımı almaq üçün müraciətə müsbət cavab verilməyib.

“Guya gedib hansısa idarənin qapısını döyəndə nə olacaq ki?! Bir qəpik gəliri olmayan, işsiz adama yardım vermirlər. Yoxlasınlar görüm mənim haradan gəlirim var? Harada işləyirəm? Nə qazanıram ki, mənə 190 manat düşmür? Bu məsələdə düzgünlük olmadığına görə adam nəyəsə ümid edə də bilmir. Hara getsək, əliboş qayıdacağıq”.

Emin Xəlilov sosial şəbəkələrdə ölkə rəhbərliyinə dəfələrlə müraciət edib. Rəsmi şəxslərin səhifələrinin rəy bölümündə vəziyyətinin ağır olduğunu yazsa da, heç bir reaksiya görməyib: “Hələ bir adam da əlaqə saxlamayıb. İnsan bilmir ki, həyatını necə davam etdirsin. Həyat yoldaşımın 47 yaşı var, o da xəstəliklərdən əziyyət çəkir. Əməliyyat olunmalıdı. Amma yemək tapa bilmirik deyə, bu haqda düşünmək alınmır. Təkcə onu düşünürük ki, görəsən bu gün nə yeyəcəyik...”

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/0wq3u9

Самое читаемое