Tural Qəhrəmanovun yaşadığı ev

Источник: Meydan TV

Başlıq: Tural Qəhrəmanovun yaşadığı ev

Yaralı əsgərin atası: İstəyirəm ki, hökumətimiz iynə-dərmanla bağlı yardım etsin

Ailə xəsarət alan döyüşçünün iynə-dərmanını almaqda çətinlik çəkir

“Noyabrın 8-də səhər saatlarında bizi pusquya saldılar. 13 nəfər qrupla piyadalara köməyə qalxdıq. 30-40 metr məsafədə baş verən döyüşlər zamanı ayağımdan yaralandım”.

Sabirabad rayonu, Təbriz küçəsi mənzil 3 ünvanında yaşayan 1997-ci il təvəllüdlü Tural Qəhrəmanov Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar başlayandan iki gün sonra müharibəyə çağırılıb. Qubadlı istiqamətində mühasirəyə düşərək, ayağından yaralanıb:

“Əsgərlikdə kəşfiyyatda olmuşam. Müharibədə də kəşfiyyatçı idim. Yaralanandan sonra məni Füzuli Müalicə-Diaqnostika Mərkəzinə gətirdilər. Orada əməliyyat olundum, ayağıma dizdən aşağı mil qoyuldu. Sonra da məzuniyyət verdilər, artıq dörd gündür ki, evə gətirilmişəm. Ağrı bir yandan, evdəki şəraitsizliyə də əsəbləşirəm. Yerimdən qalxa, hərəkət edə bilmirəm. Sanitar qovşağı həyətdə, evdən xeyli uzaqdadır. Ayağıma görə çətinlik çəkirəm. Ağrıdan daha çox şəraitsizlik əsəblərimi pozub”.

Əsgərin atası Samir Qəhrəmanov deyir ki, bir həftə öncə yaralanan Tural hazırda müalicəsini ev şəraitində davam etdirir. Ailənin maddi vəziyyəti ağır olduğu üçün yaralının iynə-dərmanını almaqda çətinlik çəkirlər:

"Orada əməliyyat olundum, ayağıma dizdən aşağı mil qoyuldu"

"Orada əməliyyat olundum, ayağıma dizdən aşağı mil qoyuldu"

Источник: Meydan TV

“Ayağı elə olandan sonra oğlumu Füzuliyə aparıblar, orada əməliyyat olunub. Ağcabədiyə, daha sonra Şəmkirə yollayıblar. Zəng elədi ki, mənə iki aylıq icazə veriblər. Deyiblər ki, müalicə evdə davam etməlidir. Noyabrın 12-dən artıq evə gəlib. Ayağına mil qoyulub. Güclü ağrıları olur, gecələr yata bilmir. Belə deyək, ümumi sistemi pozulub. Ayağı şişib, çirk axır. Qonşumuz cərrahdır, gəlib baxdı. Dedi ki, ayağındakı şiş təbii haldır. Bu, olmalıdır, sağalacaq. Krosna antenaların təmiri, quraşdırılması və kanalların yığılması ilə məşğul oluram. Bu iş səyyardır, daimi deyil. Bir gün iş var, sabah yoxdur. Oğlumun da ayağı belə vəziyyətdə, açığı, çox çətinlik çəkirik”.

Samir Qəhrəmanovun üç oğlu var. Müharibə zamanı eyni vaxtda iki övladı torpaqların işğaldan azad olunması uğrunda döyüşüb:

“Hazırda kiçik oğlum həqiqi hərbi xidmətdədir. Sonuncu dəfə danışanda dedi ki, Xocalı tərəfdəyik. Düzü, telefonla danışanda ətraflı məlumat vermirlər. Oğullarım torpaqların bir neçə istiqamətdə işğaldan azad edilməsində qanı, canı ilə döyüşüb. Hər iki oğlum döyüş başlayandan ön xəttə olub. Bu uşaq Qubadlı istiqamətində mühasirəyə düşüb, qəhrəmancasına vuruşub. Vətəni qorumaq hamı kimi mənim oğullarımın da borcudur. Kasıblığa, çətinliyə dözürük. Amma hökumət yaralı oğlumun iynə-dərmanını, müalicəsini öz üzərinə götürsə, yaxşı olar. Qonşular çox sağ olsunlar. Kimin nəyə gücü çatır, köməklik göstərir. Kimsə gəlir, 5-10 manat qoyur, onunla müalicəsini edirik. Onun hesabına bu 2-3 gündə dava-dərmanı alınıb. Kimin nəyə gücü çatır, köməklik edir. Çox sağ olsun, kimsə köməklik göstərir. Qonşumuz tibb bacısıdır, sağ olsun, gəlib yaranı təmizləyir. Amma bu, köklü olmalıdır. Bu gün sən, sabah bir başqası yardım etdi. Mən istəyirəm ki, hökumətimiz iynə-dərmana yardım göstərsin”.

" Kasıblığa, çətinliyə dözürük"

" Kasıblığa, çətinliyə dözürük"

Источник: Meydan TV

“İmkanım olsa heç kimdən yardım, kömək istəmərəm. Yaşadığım evi görən adam maddi vəziyyətimin necə olduğunu anlayar”, - Samir Qəhrəmanov deyir:

“Üç övlad böyütmüşəm. Üçü də hərbi xidmətdə olub. Böyük oğlum yaralanıb, sonbeşiyim isə hazırda hərbi xidmətdədir, müharibədə də iştirak edib. Yaşadığımız dördotaqlı evi 2000-ci ildə tikmişəm. Biz tərəflərdə doldurma ev ifadəsi var. Taxta və palçıqdan tikilən evə deyirlər. Mənim evim elədir. Daşdan, kərpicdən yox, taxtadan tikmişəm, arasını da palçıqla doldurmuşam. Bütün bu çətinlikləri yola vermək olar. Amma heç olmasa, uşağa nəzarət etsələr, dava-dərmanla təmin etsələr, yaxşı olar. İstəyərdim ki, dövlət uşağın səhhəti normallaşana qədər qayğısına qalardı. Sağalandan sonra yükümüzü yenə özümüz çəkəcəyik”.

Sabirabad Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, onlarda bu haqda məlumat yoxdur, yaralı əsgərin durumu ilə maraqlanacaqlar.

"Yaşadığım evi görən adam maddi vəziyyətimin necə olduğunu anlayar”

"Yaşadığım evi görən adam maddi vəziyyətimin necə olduğunu anlayar”

Источник: Meydan TV

"Daşdan, kərpicdən yox, taxtadan tikmişəm, arasını da palçıqla doldurmuşam"

"Daşdan, kərpicdən yox, taxtadan tikmişəm, arasını da palçıqla doldurmuşam"

Источник: Meydan TV

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/dlg3hd

Самое читаемое