Vüqar Vəliyev

Источник: Meydan TV

Başlıq: Vüqar Vəliyev

Yaralı baş gizir: Ağrıkəsici iynə vurmaq üçün Təcili Tibbi Yardım işçiləri məndən pul istədi

“Hazırda dərmanlarımı apteklərdən özüm alıram, ev şəraitində də müalicə olunuram”

İkinci Qarabağ müharibəsində yaralanan baş gizir kömək istəyir. Vüqar Vəliyev Əyyub oğlu 1984-cü ildə Zərdab rayonunun Alıcanlı kəndində doğulub. O, oktyabrın 5-də Suqovuşan istiqamətində gedən döyüşlər zamanı yaralanıb:

“Evliyəm, iki qız, bir oğlan övladım var. Hazırda Yevlax rayonu, Aran qəsəbəsində kirayədə yaşayıram. 2004-cü ildən Mingəçevirdə yerləşən N saylı hərbi hissədə işləyirəm, baş gizirəm. Bu il sentyabrın 26-da əmrə əsasən bölgəyə çıxdıq. Sentyabrın 27-də səhər döyüşə girdik. Suqovuşan alınandan bir gün sonra oktyabrın 5-də gecə yaralandım. Beş güllə yarası almışam. Sağ qolumun dirsək hissəsinə hazırda mil qoyulub, dəmir məngənə ilə sıxılıb. Sağ əlimdə iki barmağım işləmir. Sol tərəfdən, döş qəfəsi və aşağı hissə, qabırğa, bir də bud hissədən güllə yarası almışam. Dörd güllə sol tərəfimdən bədənimi yaralayıb, bir güllə isə sağ qoluma dəymişdi”.

Vəliyevlər ailəsinin soyuducusu

Vəliyevlər ailəsinin soyuducusu

Источник: Meydan TV

Döyüşçü deyir ki, yaralanandan sonra heç nə xatırlamır. Huşunu itirən hərbçi gözlərini Bakıda hospitalda açıb:

“Deyilənə görə, məni Naftalan Şəhər Mərkəzi Xəstəxanasına göndəriblər, orada ilk tibbi yardım göstərilib. Bir gün orada qalandan sonra Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına aparıblar. Həmin müddət ərzində koma vəziyyətində olmuşam. On yeddi gündən sonra oktyabrın 21-də “Bona Dea International Hospital”da ayılmışam. Oktyabrın 30-da Mərkəzi Hərbi Klinik Hospitalda bir həftə nəzarət altında qalmışam. Bundan sonra mənə bir aylıq ev şəraitində məzuniyyət verildi. Noyabrın 7-də xəstəxanadan çıxdım, Zərdaba, kəndimizə gəldim. Qolumda və bədənimdə ağrılar var. Əyiləndə, oturanda, duranda zülm çəkirəm. Adi hərəkət edəndə güclü ağrılarım olur. Sağ tərəfdə bağırsağım çöldədir. Sellofanla gəzirəm. Xüsusi sellofanlar var, iki-üç gündən bir, həyat yoldaşım evdə özü dəyişir. Mil olan qolumun kənarlarını dərmanlayıb, bağlamağı da həyat yoldaşım özü edir”.

Hərbçinin yaşadığı ev

Hərbçinin yaşadığı ev

Источник: Meydan TV

Xəstəxanadan evə buraxılan keçmiş döyüşçü doğma kəndi Alıcanlıya, ata yurduna gətirilib. Dediyinə görə, bu müddət ərzində heç bir aidiyyəti qurum onunla maraqlanmayıb:

“İyirmi yeddi gün kənddə yatdım. Bu müddət ərzində bələdiyyədən, icra hakimiyyətindən heç kim maraqlanmadı. Gəlib, soruşmadılar ki, nəsə yardım, kömək lazımdırmı? Qolumdakı mil sümüyə bağlıdır deyə uzananda-duranda bərk incidir. Buna görə bərk ağrılarım olur. Həmin vaxt “103”ə zəng etdim ki, gəlib, iynə vursunlar. Ağrıkəsici iynə vurmağa görə Təcili Tibbi Yardım işçiləri məndən pul istədi. Dedilər ki, axı bizim kəndə gəlib qayıtmağımız var, yol uzaqdır. Üç nəfərik, pul verin. Özlüyümdə fikirləşdim ki, bunlar üç nəfərdirsə kəndə gəlməyə görə hərəsinə on manat pul vermək lazımdır. Dedim ki, Allah canınızı sağ eləsin, gəlməyə ehtiyac yoxdur. Səhər atam rayona gedib, ağrıkəsici aldı. Sağ olsun qonşumuz, az-çox başı çıxırdı, mənə iynəni o vurdu”.

Vüqar Vəliyev yaralanandan sonra altı əməliyyat keçirib. Dediyinə görə, yeddinci əməliyyatı isə gələn ilin yanvarında nəzərdə tutulub. Hazırda hərbçinin vəziyyəti ağır orta olduğu üçün məzuniyyətini ikinci ay da artırıblar:

"2004-cü ildən Mingəçevirdə yerləşən N saylı hərbi hissədə işləyirəm, baş gizirəm"

"2004-cü ildən Mingəçevirdə yerləşən N saylı hərbi hissədə işləyirəm, baş gizirəm"

Источник: Meydan TV

“Həkim deyib ki, yanvarın 10-da gəl Bakıya, müayinə edək. Bağırsağım çöldədir. Buna görə yenə əməliyyat olunmalıyam. Hazırda dərmanlarımı apteklərdən özüm alıram, ev şəraitində də müalicə olunuram. Yataq xəstəsiyəm, ayağa qalxıb, harasa getməyə çətinlik çəkirəm. Bintə, yoda, “zelyonka”ya (brilliant yaşılı-red) qədər hamısını özüm alıram. Kirayə yaşadığım evdə şərait çox pisdir. Dörd qardaşıq, ata yurdunda da elə bir şəraitimiz yoxdur ki, orada qalaq. Mən hərbi formanı geyinən gündən kirayələrdə yaşamışam. Yataq xəstəsiyəm, pis vəziyyətdə qalmışam. Üç uşaqdır, atamın da maddi imkanı yoxdur. Sağ olsun, qohum-qonşu əl atır. Evə hər ay 150 manat verirəm. Evi iş yerimə yaxın kirayələmişəm. Aidiyyəti qurumların laqeyin münasibəti mənə pis təsir edir”.

Zərdab Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov Meydan TV-yə açıqlamasında bildirib ki, Vüqar Vəliyevin atası quruma müraciət edərək, xəstəxanaya yerləşdirilmək üçün arayış istəyib:

“Rayonumuzdakı qazilərə gücümüz çatan yardımı göstəririk. Ərzaq payıdır, həkimidir, təcili tibbi yardım kimi işlərini üzərimizə götürürük. Gücümüz nəyə çatırsa, edirik. İcra hakimiyyəti gedib kiməsə ev tikə bilməz. Səkkiz şəhidimiz var, onların ailələri ilə maraqlanıb öyrənə bilərsiz. Dəfnin təşkili, həyətlərinə çınqıl daşın döşənməsi, yaxud asfalt örtük çəkilməsi işini etmişik. Yanılmıramsa, rayonumuzda 451-452 nəfər döyüşə gedib. Qazilərdən on nəfər icra hakimiyyətinə müraciət edib və hər birinə fərdi qaydada yardım olunub.

“Həkim deyib ki, yanvarın 10-da gəl Bakıya, müayinə edək".

“Həkim deyib ki, yanvarın 10-da gəl Bakıya, müayinə edək".

Источник: Meydan TV

Vüqar Vəliyev 2004-cü ildən hərbidədir, işləyir. Ailələri də normal dolanır. Yəni dolanışıq baxımından tələbi yoxdur. Durumları normaldır, nümayəndə evlərinə baş çəkib, valideyni ilə görüşüb. Atası bizə müraciət etdi ki, oğluna müalicə olunduğu hospitalda deyiblər ki, yerli icra hakimiyyətindən xəstəxanaya arayış gətirin. Mən də ona bildirdim ki, bütün hospitallar sizin üçün açıqdır. Həm də icra hakimiyyəti hansısa xəstəxanaya arayış verən qurum deyil. Burada nəsə anlaşılmazlıq var. Bizə bir məzmun, ünvan deyin. Kor-koranə arayışı hara verək? Onlar arayışın məzmununu bizə tapıb deyə bilmədilər. Digər qazilərdə arayış, göndəriş söhbəti yoxdur. Dedim ki, həkimin nömrəsini verin danışaq, prosedur qaydanı öyrənək, verilirsə, verək getsin. İcra hakimiyyətinin elə bir səlahiyyəti yoxdur ki, xəstəxanaya göndəriş versin. Əsassız bir tələbdir. Biz ailə ilə yenidən maraqlanacağıq, ən azından ərzaq payı göndərəcəyik. Lazım olsa, yerli həkim təyin olunacaq, gedib baxacaq. Təcli Tibbi Yardım maşını lazım gəlsə, gediləcək. Onu da deyim ki, hələ indiyədək bizə Zərdab Rayonu Mərkəzi Xəstəxanasından, Təcili Tibbi Yardımdan pul alınması ilə bağlı şikayət daxil olmayıb. Necə olur ki, ancaq bu vətəndaşdan pul istəyirlər? Xüsusilə qazidən pul istənilməsi kimi söhbət ola bilməz”.

Zərdab Rayonu Mərkəzi Xəstəxanasının şöbə müdirinin əvəzedicisi Günel Məmmədova Meydan TV-yə bildirib ki, məsələ araşdırılacaq:

“Həmin şəxsdən xahiş edirik ki, bizə Təcili Tibbi Yardıma müraciət etdiyi tarixi dəqiq bildirsin. Həmin hadisənin ayın neçəsində və saat neçədə baş verdiyini desinlər, araşdıraq. Rayonumuzda hamı bilir ki, Təcili Tibbi Yardım elə bir sistemlə çalışır ki, heç vaxt nəinki qazidən, heç bir vətəndaşdan, yaxud ailədən pul istənilə bilməz. İstər şöbədə, istərsə də çağırışlarda pulsuz xidmət göstəririk. Mümkün deyil ki, bizim işçilər arasında pul söhbəti olsun. Məsələni mütləq araşdıracağıq”.

Vəliyevlərin evi

Vəliyevlərin evi

Источник: Meydan TV

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/yasbm7

Самое читаемое