Источник: Meydan Tv

Yaponiyada “Moderna” peyvəndinin içərisində yad cisim aşkar edilib

İki nəfərin peyvənddən sonra öldüyü deyilir

Yaponiyada yayılmış onlarla “Moderna” peyvəndi flakonlarında içərisində metal parçalar olduğu ehtimal edilən yad cisimlər aşkar edilib. “The Japan Times” yazır ki, bu hadisə insanların peyvəndə qarşı inamını sarsıda bilər. İstehsalçılar və mütəxəssislər isə peyvəndin insan sağlamlığına təsirini və təhlükəsizliyini aşağı qiymətləndiriblər.

Saytın yazdığına görə, ötən həftəsonu, Okinava və Gunma vilayətində içində yad cisim aşkar olunan peyvəndlərdən vurduran və təxmini 30 yaşında olan iki nəfərin ölümü ilə bağlı xəbərlərin yayılması vəziyyəti daha çox gərginləşdirib.

Ötən cümə axşamı Yaponiya hökuməti, 39 ədəd istifadə edilməmiş flakon içərisində yad cisim aşkar edildiyini, Aichi, İbaraki, Gifu, Saitama və Tokio şəhərləri də daxil olmaqla beş əyalətdəki səkkiz iş yerində və böyük peyvənd mərkəzlərində 3004667 ədəd peyvənddə həmin maddələrin olduğunu açıqlayıb.

Hökumət, bu partiyadakı peyvəndlərin istifadəsini dayandırmaq qərarına gəlib.

“Takeda” və “Moderna” şənbə günü verdikləri birgə açıqlamada, iki insana inyeksiya etmək üçün istifadə edilən peyvəndlərdə yad cisimlərin olması barədə məlumat almadıqlarını və ölümlərinin “Moderna” peyvəndindən qaynaqlandığına dair heç bir dəlil olmadığını söyləyib. Hökumət, ölümlər və peyvəndlər arasında bir əlaqənin olub-olmadığını öyrənmək üçün mütəxəssislərlə birlikdə araşdırma aparacağına söz verib.

Yoluxucu xəstəliklər üzrə mütəxəssislər flakonların və şprislərin yoxlanılmalı olduğunu, flakonlarda olan yad cisimlərin ölümlərin səbəbi olması ehtimalının az olduğunu söyləyib.

Osaka Universitetinin immunologiya professoru Masayuki Miyasaka “Facebook” səhifəsində qeyd edib:

“Əgər əzələyə inyeksiya edilmiş kiçik bir metal parçası olsaydı, faqositlər tərəfindən parçalanardı və bədəndə dolaşmazdı. Bunun sağlamlığa ciddi ziyan vurma ehtimalı demək olar ki, sıfırdır".

Okinava vilayətində isə deşilmiş flakonda qara ləkələr olduğu təsdiqləndikdən sonra, şənbə və bazar günləri kütləvi peyvənd mərkəzində “Moderna “peyvəndinin istifadəsi dayandırılıb. Şənbə günü Okinavada içərisində peyvənd olan bir şprisdə tapılan çəhrayı bir maddə də daxil olmaqla beş yad cisim aşkar edilib.

Səhiyyə Nazirliyi,peyvəndlərdə təhlükəsizlik və effektivlik problemlərinin olmadığını söyləyib və Okinavada bazar ertəsi günü yenidən peyvəndlərin vurulmasına başlanıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/1wz8ez

Самое читаемое