Vüsal Mehdiyev

Источник: Meydan TV

Başlıq: Vüsal Mehdiyev

Xəsarət almış döyüşçü: Yaralı döyüş yoldaşlarıma kömək eləyə bilməməyim haqda düşünəndə çox sarsılıram

“Mərmi səsi gəldi, bir də baxdım ki, qolum yoxdu, möhkəm qan axır”

Ağdaşın Kükəl kəndinin sakini Vüsal Mehdiyev Ağdərə döyüşlərində ehtiyatda olan hərbi qulluqçu kimi iştirak edib. 20 yaşlı döyüşçü artilleriya zərbəsindən sonra sağ qolunu itirib.

“Qolu yerində olsa, indi də döyüşməyə hazırdır”

Vüsal Mehdiyev sentyabrın 21-də hərbi təlimlərə çağırılıb. Döyüşçünün anası Könül Mehdiyeva deyir ki, oğlu hərbi komissarlığa böyük həvəslə gedib.

“Təlimə aparılmaq məsələsini eşidəndə mənə dedi ki, sən narahat olma, özüm gedəcəm. Bir dəqiqə də tərəddüd eləmədi. Qolu yerində olsa, indi də vuruşmağa hazırdır”.

Vüsal hərbi xidmətdən 2019-cu ilin oktyabrında gəldiyini bildirir. Əsgərlik müddətini də təmas xəttinə yaxın keçiribmiş. Sentyabrda 5 günlük təlimdə iştirak edib. Sonra döyüşlərə qoşulmaq lazım gəlib:

“Əvvəl aparıldığımız yerin adını unutmuşam. Sonra irəlilədik. Əsasən dağlıq ərazilər idi. Hətta bir gün meşədə yatdıq”.

Vüsal oktyabrın 1-də xəsarət alıb. Dediyinə görə, daha əvvəl yaralana bilərmiş. Amma ermənilərin atdığı bir neçə mərmi onun yaxınlığına düşsə də, partlamayıb.

“Yaralı döyüş yoldaşlarıma kömək eləyə bilməməyim haqda düşünəndə çox sarsılıram”

Döyüşçü qolunu itirdiyi anı yaxşı xatırlayır. Hər şey gözlənilmədən baş verib.

“Avtomatı sağ qoluma keçirmişdim. Mərmi səsi gəldi, bir də baxdım ki, qolum yoxdu, möhkəm qan axır. Özümü itirmədim. Kolluğa tərəf qaçıb yerə uzandım. İki əsgər köməyə gəldi. Məni götürüb sanitar maşınına tərəf qaçdılar. Bir də oyandım ki, Gəncədə xəstəxanadayam”.

Vüsal döyüş yoldaşlarını heç unutmur. Qısa zamanda onlarla çox doğmalaşıb.

“Həmişə onlar haqda düşünürəm. Gözümün qabağında neçəsi yaralandı, tibbi savadım olmadığından kömək eləyə bilmədim. Bu haqda düşünəndə çox sarsılıram”.

Döyüşçü orada çox cəsur adamlarla tanış olduğunu bildirir. Deyir ki, bir zabiti heç vaxt yaddan çıxarmayacaq.

“Ayağından yaralanmışdı, ondan başqa da yaralanan əsgərlər vardı. Dedi, mənə vaxt itirməyin, uşaqları xilas eləyin. İstəyirəm biləsiz ki, necə vətənpərvər adamlar var”.

“Evə məndən başqa pul gətirən yoxdu”

Vüsal döyüşlərə qədər maşın yumaqla ailəyə kömək edirmiş. Evdə ondan başqa yalnız anası işləyirmiş. Könül Mehdiyeva deyir ki, indi ailənin bütün yükü təkcə onun üzərində qalıb.

Könül Mehdiyeva

Könül Mehdiyeva

Источник: Meydan TV

“Beş nəfərik. Bir qızım həyat yoldaşından ayrılıb, körpəsi ilə bizə sığınıb. Kiçik qızım doqquzuncu sinifdə oxuyur. Hadisələr belə olduğundan, heç məktəbə də gedə bilmir. İndi evə məndən başqa pul gətirən yoxdu. Təndir sexində işləyirəm. Mənim qazancımla beş nəfərlik ailənin dolanması mümkün deyil”.

Könül xanım danışır ki, həyat yoldaşı uzun müddətdir Rusiyadadır. Pandemiyaya görə evə heç bir kömək edə bilmir, ölkəyə qayıtmaq imkanı da yoxdur.

“Ev də bizim deyil, həyat yoldaşımın bibisinindi. Bir müddət şəhərdə kirayə qalıb yaşamışdıq. Kənddə dolanmaq mümkün deyil. Vüsal müharibəyə aparılandan sonra kəndə qayıtdıq. İndi yenə iş üçün şəhərə üz tutmaq məcburiyyətindəyik”.

Vüsalı tez-tez hərbi hospitala aparmaq lazım gəlir. Ana oğlunun sarğılarını evdə özü dəyişir. Deyir ki, sağ qolunu itirmək Vüsala daha çox problem yaradır. Çünki sol əli heç vaxt çox işlək olmayıb.

Vüsal qolunun yoxluğundan şikayət etməyi xoşlamır. Təkcə paltar dəyişəndə ağrı verir. Vüsal hamıya təsəlli verir ki, zamanla yaranın yeri daha belə ağrımayacaq...

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/urrygp

Самое читаемое