Xalq artisti COVİD-19-un qurbanı oldu

Onun sözlərinə görə, COVID-19 diaqnozu ilə ağır vəziyyətdə reanimasiyaya yatan sənətçi bu gün səhər saat 7:30-da keçinib

Source: google.az


“On yeddi-on səkkiz gün idi ki, Abşeron rayonunun Saray qəsəbəsindəki modul tipli xəstəxanada yatırdı”

Xalq artist Sabir Əliyev 72 yaşında vəfat edib.

Bu haqda Meydan TV-yə mərhumun yaxın dostu, prodüser Anar Əliyev məlumat verib. Onun sözlərinə görə, COVID-19 diaqnozu ilə ağır vəziyyətdə reanimasiyaya yatan sənətçi bu gün səhər saat 7:30-da keçinib:

“On yeddi-on səkkiz gün idi ki, Abşeron rayonunun Saray qəsəbəsindəki modul tipli xəstəxanada yatırdı. Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən modul tipli xəstəxanaya keçirdik. Üç-dörd gün də orada qaldı. Bu gün səhər vəfat etdi”.

Sabir Əliyev 1948-ci ildə Cəlilabadda doğulub. 1967-1972-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi texnikumunun muğam şöbəsində, 1981-1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.

1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və 42 il teatrın muğam bölməsinin solisti olub.

Teatrda çalışdığı illər ərzində muğam bölməsinin tamaşalarında bir çox yadda qalan obrazlar yaradıb.

Sabir Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə əməkdar, 2017-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb.

Mərhum Yasamal qəbristanlığında dəfn olunacaq.

Ana səhifəMədəniyyətXalq artisti COVİD-19-un qurbanı oldu