Xaçmaz Rayon Mərkəzi Xəstəxanası

Источник: google.az

Başlıq: Xaçmaz Rayon Mərkəzi Xəstəxanası

Xaçmaz sakini: Təcili yardıma zəng elədim, gəlmədilər...

Статья обновлена:  30 Ноябрь 2020

“Deyirəm ki, COVİD-19 xəstəsiyəm, deyir, otur gözlə”

Xaçmaz sakini Zaur Quliyev deyir ki, koronavirusa yoluxsa da, rayondakı mərkəzi xəstəxanada biganə münasibətlə üzləşib. O iddia edir ki, müalicə etməmək üçün COVİD-19 daşıyıcısı olmadığını deyib, evə göndəriblər.

“Dedilər ki, xəstəxanada ancaq uşaq həkimi var”

“25 gündür xəstə yatıram. Elə davranırlar ki, sanki heç belə xəstə yoxdur. Koronavirus testi vermişəm, rəsmi cavabı indiyə qədər gəlməyib. Halım pisləşmişdi, əvvəl elə bildim soyuqlamışam. Sonra gördüm ki, yox, getdikcə pis oluram, təcili tibbi yardım çağırdıq. Analiz götürüb getdilər. Bir neçə gün ərzində daha da ağırlaşdım. Cavab da gəlmirdi. Axırda yaşlı anam xəstəxanaya getdi ki, cavabı öyrənsin. Oradan demişdilər ki, adam çoxdu, gecikirik, göndərə bilməmişik, amma sizin oğlunuzda cavab neqativ çıxıb”, - 44 yaşlı Zaur Quliyev danışır.

Onun sözlərinə görə, üç-dörd gün keçib və gecəyarısı nəfəs almaqda çətinlik çəkib. Ailə yenə təcili yardıma zəng eləyib: “Gəlmədilər. Bir tanışın zəngindən sonra təcili yardım maşını göndərdilər. Həkim gəlib soruşdu ki, mən indi neyləyim. Dedim, aparın məni xəstəxanaya. Cavab verdi ki, indi xəstəxanada təkcə uşaq həkimi var. Quba, Bakı xəstəxanaları da qəbul eləmir. Sonra da çıxıb getdi...”

“Bakıdakı həkim məni qiyabi müalicə elədi”

Zaur Quliyev danışır ki, səhər açılana qədər dözüb, sonra özü yaxınlarının köməyilə xəstəxanaya gedib. Orada rentgendən keçib: “Əvvəl iki saat boş yerə otuzdub gözlətdirdilər. Baxan olmadı. Gedib ağciyər xəstəxanasında rentgen çıxartdım, nəticəni Bakıdakı tanış həkimə göndərdim. Rentgenin nəticəsinə baxan kimi dedi ki, bəxtin gətirib, indiyə qədər ölməmisən. Ağciyərdə buzlaşma gedibmiş. O gündən həmin həkimin qiyabi müalicəsilə sağ qalmışam. Demək olar ki, ayağa qalxmışam, amma özüm hələ küçəyə çıxmıram. Məsləhət gördü ki, bir-iki həftə xüsusi diqqət eləyim”.

Quliyevlər ailəsindən koronavirusa yoluxan başqa kimsə olmayıb. Amma yenə də ailə üzvlərinə görə ehtiyatlanır.

Zaur Quliyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından yuxarı dövlət orqanlarına şikayət etmədiyini deyir. Bunu da belə əsaslandırır ki, sağlıq durumu hələlik imkan vermir: “Elə gündəydim ki, heç harasa şikayət etməyə heyim də yox idi. Sanki koma vəziyyətindəydim. Anamın 65 yaşı var, mənə o, qulluq eləyirdi. Anam da tibb işçisi olub, indi təqaüddədir. Sistemi o köçürürdü, dava-dərmana o baxırdı”.

“Hələ başıma gələnlərin 10 faizini danışıram”

Zaur Quliyev iddia edir ki, Xaçmazda COVİD-19-a yoluxanların sayı çoxdur, amma effektiv müalicə də yoxdur. Onun sözlərinə görə, elə xəstəxananın tibb heyətindən 3-4 nəfər virusdan vəfat edib, aralarında həkimlər də var.

Xaçmaz sakininin fikrincə, problemin dərinləşməsində səhlənkarlıq da rol oynayır: “İnfeksiya şöbəsindən göndəriş verilməliydi ki, Ağciyər xəstəxanasından rentgen nəticəsi barədə kağız ala bilim. Gedib gördüm ki, dəhlizdə məndən başqa 15-20 adam var. Bir o qədər də xəstəxana işçisi. Az qala, 50 nəfər. Kağız istəyirəm, deyirəm ki, COVİD-19 xəstəsiyəm. Deyir, “otur gözlə”. Camaat xəstəliyini gizlədir, mənsə buna açıq deyirəm. Yenə deyir ki, gözləməlisən. İki saat orada qaldım, həkimlər, tibb bacıları narahat olmadı ki, burada COVİD-19 xəstəsi var. Bir kağızı yazıb vermək nə çətin işdi ki?! Belə səhlənkarlıq olmaz. Azərbaycanda bir ildi COVİD-19 var. Başı çıxmayan da peşəkarlaşıb. Bəs bunlar hələ də necə davranmağı bilmirlər? Mən hələ sizə başıma gələnlərin 10 faizini danışıram”.

Baş həkimin müavini: “Analiz neqativ göstəribsə...”

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından isə koronavirus infeksiyasına yoluxan şəxslərə qarşı biganə münasibət və səhlənkarlıq barədə iddiaları təkzib ediblər. Xəstəxananın baş həkiminin müavini Rəhman Kiramuğani Meydan TV-yə bildirib ki, əgər testin nəticəsi neqativ göstəribsə, onun COVİD-19 üzrə müalicəsi doğru deyil: “Analiz neqativ göstəribsə, başqa həkim ona necə koronavirus diaqnozu qoya bilər?”

Virusun yayıldığı bir vaxtda kiçik məkanda çoxsaylı adamların toplanması, bürokratiya barədə deyilənlərlə də razılaşmır: “Mən elə bir hal müşahidə etməmişəm. O vətəndaş bizə müraciət eləsin, görək nə deyir, nə istəyir...”

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  30 Ноябрь 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/t0c219

Самое читаемое