kredit

Источник: Foto: Meydan tv

Оглавление: kredit

Vətəndaşların müflis olmuş banklardakı əmanətləri qaytarılır

İnsanlar əmanətlərini “Kapitalbank” ASC vasitəsilə alacaqlar

Vətəndaşların ləğv prosesində olan banklarda qalan əmanətlərinin qaytarılmasına başlanıb.

Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Məlumatda bildirilir ki, müflis olan banklarda məbləği 17 min manat və ya 10 min dollardan çox olmayan qorunmayan əmanətlərin qaytarılmasına başlanılıb.

İnsanlar əmanətlərini “Kapitalbank” ASC vasitəsilə alacaqlar.

“Ödəmələr nağdsız qaydada həyata keçiriləcək”.

İqtisadçı Vüqar Bayramov insanlarda proseslə bağlı yaranacaq suallara cavab verib.

“17 min manat yalnız əsas əmanət məbləğinə aiddir, yoxsa bankın vətəndaşa olan ümumi borcuna” sualını cavablandıran iqtisadçı deyib ki, məsələn, bəzi vətəndaşlar bankda 15 min manat yerləşdirib və onun əmanətinə 3 min manat divident hesablanıb. Beləliklə, vətəndaşa olan cəmi ödənilməli məbləğ 18 min manat olub. Belə halda, o vətəndaş faizləri götürmədiyi üçün bank müflis olan zaman ona olan borc 17 min manatdan çox olub:

“Sığortalanmayan əmanətlərin qaytarılması ilə bağlı qaydalarda borc əsas məbləğ və faizlər üzrə fərqləndirilmədiyi üçün kompensasiya bankın vətəndaşa olan ümumi borcuna tətbiq olunur. Yəni, faizlər ilə birlikdə vətəndaşa ümumi əmanəti 17 min manatdan çoxdursa, o halda, kompensasiya ödənilmir. Bu, o deməkdir ki, 15 min manat əmanəti olan və 3 min manat divident hesablanan, ancaq faziləri götürməyən şəxsin qorunmayan əmanəti geri qaytarılmır”.

Vüqar Bayramov

Vüqar Bayramov

Источник: Foto: Meydan tv

İqtisadçı bildirir ki, kreditlərə kompensasiya verilən zaman qalıq məbləğin əsas götürüldüyünü nəzərə alaraq qorunmayan əmanətlərdə də məbləğ 17 min manat çox olduğu halda, əsas məbləğə əsasən ödəniş həyata keçirilməsi daha məqsədəuyğun olar. Bu halda dividentlər ilə ümumi alacaqları 17 min manatdan çox olan vətəndaşlar da kompensasiya ala biləcəklər:

“Məbləği 17 min manatdan az olan üçün əsas borc meyar olaraq götürülə bilər. Bu baxımdan, CESD qorunmayan əmanətlərin qaytarılması zamanı məbləği 17 min manat və ya 10 min dollardan çox olan hallarda bankın vətəndaşa olan ümumi borcuna deyil, əsas əmanət məbləğin nəzərə alınmasını təklif edir. Bu o deməkdir ki, ümumi alacağı 18 min manat, amma əsas məbləği 15 min manat olan vətəndaşımızın da müflis olan bankdakı qorunmayan əmanətinin qaytarılmasına ehtiyac var”.

Ləğv prosesində olan banklar “Atrabank” ASC”, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, QSC “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-dir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/3tpnre

Самое читаемое