Источник: Meydan Tv

Vətəndaş cəmiyyəti nümayəndələri LGBTIQ+lərə təzyiqlərlə bağlı bəyanat yayıb

Статья обновлена:  10 Июнь 2021

"Ayrı-seçkilik halları dərhal araşdırılsın və nəticəsi ictimaiyyətə açıqlansın"

Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri LGBTIQ+lərə qarşı artan zorakılıq hallarına dair bəyanat yayıblar.

Vətəndaş cəmiyyəti nümayəndələri bildirirlər ki, son bir ay ərzində Azərbaycanda LGBTIQ+ vətəndaşlara qarşı zorakılığın və ayrı-seçkiliyin artması müşahidə edilir.

Sənəddə bildirilir ki, internet xəbər portalları və sosial şəbəkələrdə yayılan məlumatlara görə, mayın 30-dan bu günə kimi 6 Azərbaycan vətəndaşı müxtəlif şəxs və qrupların fiziki hücumuna məruz qalıb, onlara müxtəlif xəsarətlər yetirilib.

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri son vaxtlar ölkədə LGBTIQ+ vətəndaşlara qarşı zorakılığın, ayrı-seçkiliyin və digər hüquqa zidd halların artması və bu istiqamətdə dövlətin hərəkətsizliyindən narahat olduqlarını bildirirlər.

Onlar bütün insanların irqinə, dilinə, milliyətinə, cinsi oriyentasiyasına, gender kimliyinə fərq qoymadan cəmiyyətdə təhlükəsiz və damğalanmadan azad və bərabərhüquqlu yaşamaq prinsipi kimi fundamental beynəlxalq insan haqları müstəvisində ölkədaxili və beynəlxalq hüquqi sənədlərin tələblərinə əsaslanaraq, Azərbaycan Respublikasının Konstitusiyası və onun tərəf olduğu beynəlxalq insan hüquqları sənədlərin əsas tələbi kimi dövlətin zorakılığa və başqa qanun pozuntularına qarşı təsirli tədbirlər görmək öhdəliklərini xatırladaraq, Azərbaycan dövlət orqanlarına çağırış ediblər:

LGBTIQ+ vətəndaşlara qarşı zorakılıq halları ilə bağlı təxirəsalınmaz effektiv və şəffaf təhqiqatın aparılması təmin edilsin və təhqiqatın nəticələri ictimaiyyətə açıqlansın;

LGBTIQ+ vətəndaşlara münasibətdə nifrət çıxışı, həmçinin ictimai xidmətlər göstərən qurumlar (səhiyyə, sosial, hüquq mühafizə və.s) tərəfindən xidmətlərin göstərilməsindən imtina kimi müxtəlif ayrı-seçkilik halları dərhal araşdırılsın və nəticəsi ictimaiyyətə açıqlansın;

Dövlət qurumlarında cinsi oriyentasiya və gender kimliyinə əsaslanan ayrı-seçkiliyin qadağası haqqında məlumatlılığın artırılmasına dair tədbirlər görülsün;

Effektiv hüquqi təqib ilə nəticələnməyən cinsi oriyentasiya və gender əsaslı zorakılıq cinayətlərinin və digər ayrı-seçkilik hallarının təkcə fərdi hüquq və azadlıqların kobud pozuntusu ilə məhdud olmayıb, cəmiyyətdə zorakılıq meyllərini artırdığını nəzərə alaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün konkret işlər görülsün.

Bu məqsədlə Azərbaycan hökuməti:

BMT-nin cinsi oriyentasiya və gender şəxsiyyətinə əsaslanan zorakılıq və ayrı-seçkilikdən müdafiə üzrə BMT-nin xüsusi mandatlı Müstəqil Mütəxəssisinin 15 aprel 2013-cü ildən Azərbaycana təqdim edilən və hələ də hökümət tərəfindən qəbul edilməyən açıq qalan dəvəti qəbul edilsin və BMT-nin müstəqil ekspertinin Azərbaycanda LGBTIQ+ vətəndaşların hüquqları ilə bağlı vəziyyətin öyrənilməsinə şərait yaradılması təmin edilsin;

Beynəlxalq insan hüquqları sənədlərinin milli hüquqa münasibətdə üstün hüquqi qüvvəsini nəzərə alaraq müxtəlif milli qanunvericilik aktlarında ayrıseçkiliyin qadağasına dair müddəalarda nəzərdə tutulan ayrıseçkiliyin əsasları siyahısına şəxslərin cinsi oriyentasiyası və gender kimliyi ifadələri əlavə edilsin.

Sonda bəyanatı imzalayan 123 nəfər vətəndaş cəmiyyəti nümayəndəsi tələb edib ki, gender bərabərliyinin təminatı haqqında qanun təkmilləşdirilsin və beynəlxalq standartlara uyğunlaşdırılsın.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  10 Июнь 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/eqruqo

Самое читаемое