“Vergilər Nazirliyini bazara çevirmişdilər”

“Vergilər Nazirliyini bazara çevirmişdilər”

Cabir Quliyev piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər edib. Hər dəfə “yox” cavabı aldığı üçün o, məhkəməyə üz tutub. Cabir Quliyev 8 nəfər ailə üzvü ilə birgə dövlət qurumlarının qarşısında etiraz etmək istəyir.

Cabir Quliyev 2 il öncə Vergilər Nazirliyində yeni nazir – Mikayıl Cabbarovun təyinatından sonra işdən çıxarılıb. 15 ildir nazirlikdə çalışan keçmiş vergi müfəttişi sağlamlığı ilə bağlı bülletendə olarkən qanunsuz olaraq işdən uzaqlaşdırıldığını deyir.

2018-ci ildə indiki “Ege” hospitalda audit yoxlaması zamanı vergi əməkdaşları qeyri-rəsmi yazılan əmək haqları nəticəsində 3 milyon manatdan çox kənarlaşma olduğunu üzə çıxarıb. Lakin müəmmalı razılaşmayla birdən-birə rəqəm 1 milyona endirilib.

Öz təbiriylə desək, Cabir Quliyev bu etirazından sonra qara siyahıya düşüb.

O, yeni nazirin dövründə başqa qanunsuzluqların da olduğunu bildirib. Bunlara qarşı çıxdığına görə də, bülletendə olarkən işdən çıxarıldığını eşidir.

Keçmiş vergi müfəttişi Baş prokurorğula, Daxili İşlər Nazirliyinə işdən qanunsuz çıxarılmasıyla bağlı saysız şikayətlər edib. Şikayətilə bağlı məhkəmə çəkişməsi də davam edir. O, sona qədər haqqı üçün savaşacağını deyir. Anası Məryəm Quliyeva da Prezident Administrasiyasına, Prezidentin iqamətgahına şikayətə gedib, polis bölmələrinə düşüb.

2019-cu ildə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi İqtisadiyyat Nazirliyinə birləşdirildi. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edildi.

Ana səhifəVideo“Vergilər Nazirliyini bazara çevirmişdilər”