”Verdiyimiz vergiylə eskalatorları təmir etsinlər”

İki il öncə Svetlana Petrova Heydər Əliyev sarayının qarşısında işləməyən eskalatordan qalxarkən pillələrin birinin qopması nəticəsində yıxılıb və üzünə tikiş qoyulub. Bu gün də Sarayın qarşısından Bülbül pospektinə çıxan keçiddə eskalator işləmir.

Anomal istilərin nəfəs kəsdiyi bu vaxtda şəhərin bir neçə yerində də eskalatorlar istifadəyə yararsızdı. Mərkəz küçələrdən biri olan Nizami küçəsi, Milli Bankın qarşısındakı keçid və s.

Məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, eskalator işlək mexanizm olduğundan bəzən problem yaranır və onlarıb ehtiyat hissələri bizim ölkədə istehsal olunmadığından sifarişlə gətirilməsi müəyyən vaxt tələb edir.

Anar Nəcəfli onu da əlavə etdi ki, son zamanlar inşa olunan piyada keçidlərinə ehtiyac olmadıqca, eskalator quraşdırılmayacaq.

Ana səhifəVideo”Verdiyimiz vergiylə eskalatorları təmir etsinlər”