Nemət Kərimli

Источник: Foto: Meydan tv

Başlıq: Nemət Kərimli

Vəkillər Kollegiyası Nemət Kərimliyə xəbərdarlıq edib

“Penitensiar Xidmət Əfqan Muxtarlı ilə bağlı məlumatları ictimailəşdirdiyim üçün Vəkillər Kollegiyasına müraciət edib”

Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Nemət Kərimliyə xəbərdarlıq edib. Ancaq onunla bağlı hələ intizam icraatına başlanılmayıb.

Xəbəri Meydan TV-yə təsdiqləyən Nemət Kərimli deyib ki, Vəkillər Kollegiyası ona jurnalist Əfqan Muxtarlı ilə bağlı məlumatları ictimailəşdirdiyinə görə xəbərdarlıq edib:

“Penitensiar Xidmət Əfqan Muxtarlı ilə bağlı məlumatları ictimailəşdirdiyim üçün Vəkillər Kollegiyasına müraciət edib. Amma xəbərdarlıq şifahi olub, intizam icraatına başlanılmadığı üçün heç nə deyə bilmərəm, yenə əvvəlki kimi fəaliyyətimi davam etdirəcəm”.

Penitensiar Xidmət sentyabrın 24-də Vəkillər Kollegiyasına vəkil Nemət Kərimli haqda müraciət edəcəyi məlumat yaymışdı.

Penitensiar Xidmət bildirmişdi ki, Cəzaların İcrası Məcəlləsinin 75.5-ci maddəsinin, Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydalarının və “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolma Qaydası“nın tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisələrinə daxil olan və çıxan şəxslərə, eləcə də onların əşyalarına baxış keçirilə bilər.

“Vəkil Nemət Kərimli cəzaçəkmə müəssisələrinə buraxılış qaydalarını və qanunvericiliyin tələblərini bildiyi halda, sonuncu dəfə məhkum Ə.Muxtarlı ilə görüşdən əvvəl və sonra mövcud rejim qaydalarına riayət etməyib, əməkdaşların qanuni tələblərinə tabe olmayıb, süni olaraq münaqişəli vəziyyət yaratmağa çalışıb”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/7r50aj

Самое читаемое