Vəkil: Mehman Hüseynov ona olan dəstəyin miqyasından duyğulandı

Şəhlə Hümbətova blogerin əvvəlki qaydada aclıq aksiyasını davam etdirdiyini deyir

Source:


Şəhlə Hümbətova blogerin əvvəlki qaydada aclıq aksiyasını davam etdirdiyini deyir

Vəkil Şəhla Hümbətova yanvarın 18-də 2 il azadlıqdan məhrum edilən və haqqında yeni cinayət işi açılan bloger Mehman Hüseynovla görüşüb.

Mehman Hüseynov vəkili vasitəsilə onu dəstəkləyənlərə təşəkkürünü bildirib:

“Mehman məndən xahiş etdi ki, bütün onu dəstəkləyən insanlara – həbsdə və azadlıqda aclıq edənlərə, mitinqə gələnlərə, aksiyalarda həbs olunanlara, ümumiyyətlə, müxtəlif şəkildə dəstək ifadə edən hər bir kəsə təşəkkürünü çatdırım, çox minnətdardır və hətta dəstəyin miqyasından və formalarından duyğulandı”.

Vəkil Mehman Hüseynovun aclıq aksiyasını əvvəli qaydada davam etdirdiyini bildirib:

“Özü də həminki qaydada davam edir”.

Hazırda məhbus həyatı yaşayan Mehman Hüseynova qarşı azadlığına iki ay qalmış qarşı yeni cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə təqsirləndirilir.

Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib. Sonradan bu aksiyaya ictimai fəallar, siyasətçilər və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslər də qoşulublar.


Yanvarın 19-da

“Mehman Hüseynova azadlıq!” Şüarı ilə mitinq keçirilib.

Ana səhifəXəbərlərVəkil: Mehman Hüseynov ona olan dəstəyin miqyasından duyğulandı