Vahid Məhərrəmli

Источник: meydan tv

Оглавление: Vahid Məhərrəmli

Vahid Məhərrəmov: ''Xam pambıq istehsalçıları inhisarçılardan asılıdırlar''

''Dövlət fermerin işinə müdaxilə etməməlidir''

Pambıqçılığın aqrar sektorda əməhiyyəti böyükdür, bu sahə gəlir gətirir, işsizlik problemini bir qədər aradan qaldırır.

Bunu kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov aprelin 25-də “2018-ci ilin yekunları: Azərbaycanda pambıqçılığın vəziyyəti” mövzusunda keçirdiyi tədbirdə deyib.

O misal kimi qeyd edib ki, pambığın lifindən kimya sənayesində, maşınqayırmada istifadə olunur, paltar sapları, süni dəri, ipək, partlayıcı maddələr və ləvazimatlar alınır.

“İnsan orqanizmi üçün digər yağlardan daha çox faydalı olan pambıq yağından Azərbaycanda istifadə olunmasa da, Amerika və Avropa ölkələrində, Özbəkistanda mətbəxdə istifadə edilir. Ölkəyə ildə 40-50 min ton kərə yağı adı ilə palma yağı gətirilir, hətta dondurma istehsalında da bu yağdan istifadə edilir. Halbuki, orqanizm üçün faydası olan pambıq yağından istifadə etmək olar. Həm də pambığın çiyidindən sabun, marqarin, spirt, karton, qliserin və digər məhsulların istehsalında istifadə etmək mümkündür”.

O bildirib ki, pambıq yağı hesabına çoxlu sayda insan üçün iş yeri açmaq və ölkəyə gəlir gətirmək olar.

“Əfsuslar ki, hələ alınmır. Səbəblər müxtəlifdir. Sovet dövründə pambıq “pripiskası” (statistik rəqəmlərin süni surətdə şişirdilməsi), məktəbliləri və tələbələri yığıma cəlb etməklə bu sektoru gözdən saldı. İndi isə büdcə təşklilatlarını pambıq əkininə və yığımına cəlb etməkdə məqsəd yeni iş yerlərinin açılması deyil, öz şirkətlərini gəlirlərini artırmaqdır”.

“Sovet Azərbaycanında 1 milyon ton pambığın istehsal olunması yalandır”

Azərbaycanda pambığın V əsrdən becərilməyə başladığını söyləyən Vahid Məhərrəmovun sözlərinə görə, Mingəçevirdə aparılan arxeloji qazıntılar bu tarixi təsdiqləyir. Onun sözlərinə görə, Naxçıvan, Bərdə, Şəmkir və Gəncədə pambıqdan parça hazırlanıb xaricə ixrac edilirdi,

“XV əsrdə Şamaxıdan Rusiyaya pambıq mallar aparılırdı. Sovet dövründə hərbi sənayedə barıt istehsalında pambıqdan istifadə edirdi. Ona görə SSRİ zamanı Azərbaycan və Orta Asiyada pambıqçılıq üçün milyardlar xəclənirdi. Ötən əsrin 40-cı illərində Ukraynada da pambıq əkininə başladılar, ancaq məhsuldarlıq və keyfiyyətin aşağı olduğundan bir qədər azaltdılar”.

Sovet Azərbaycanında 1 milyon ton pambığın istehsal olunması məsələsinə toxunan Vahid Məhərrəmov deyib ki, bu, yalandır və o zaman belə potensial ola bilməzdi.

“O qədər pambığı verməyə ərazi yox idi. Növbəli əkin sistemi yaratmadan məhsuldarlığı artırmaq mümkün deyildi. Məhsuldarlıq da artmadan sahəni nə qədər genişləndirsələr də, məhsulun həcmini artırmaq mümkünsüz idi. Vəli Axundovun birinci katib olduğu 1965-66-cı illərdə 330 min ton, Heydər Əliyevin rəhbərlik etdiyi vaxt 330-350 min ton pambıq istehsal olunub, bundan artıq mümkün deyildi. 1 milyon ton pambıq “pripiskanın” nəticəsiydi”.

Ötən əsrin 70-ci illəri, H.Əliyev pambıq tarlasında

Ötən əsrin 70-ci illəri, H.Əliyev pambıq tarlasında

Источник: meydan.tv

Ekspert deyib ki, Azərbaycanla Özbəkistanın imkanları müqayisə edilməzdir.

“Bu respublika dünya bazarına hazırda 1 milyon 500 min ton pambıq çıxardır. Amma Özbəkistan sovet dövründə “pripiskaya” Azərbaycandakı qədər yol vermirdi. Səbəb istehsal imkanındaydı, məhsuldarlıq və keyfiyyət yüksək idi”.

O xatırladıb ki, Azərbaycanda iki plan vardı - real göstərici və nə qədər alınması.

“İstehsal olunan pambığın rəqəmi şişirdilirdi, məsələn, 200 ton. Onun 100 tonu natura şəklində emala gedirdi, qalan “pripiska” olan 100 tonun dəyəri Rusiyanın İvanova şəhərinə gedirdi, yəni burdan göndərilən mahlıc orda lifə çevrilirdi və parça istehsal olunurdu. Satılan parçanın pulunun guya bir hissəsi də respublikaya qayıdırdı. Sistem belə qurulmuşdu. Məktəb direktoruna deyirdilər ki, ya filan qədər pambığın pulunu ver, ya da yığ. Pulu alıb şişirdilmiş rəqəmi yazırdılar. Qorbaçov dövründə bu yöndə araşdırma başlanılsa da, sonradan naməlum səbəblərdən saxlanıldı”.

“Ən çətin dövr olan 1995-ci ildə Azərbaycana 160 milyon dollar pambığın ixracından pul gəlmişdi”

Hazırkı vəziyyətə gəlincə, ekspert deyib ki, Dövlət Statistika Komitəsi 2018-ci ilin rentabelliyi, maya dəyəri və satış qiyməti ilə bağlı rəqəmlərini açıqlamadığı üçün 1 il əvvəlki statistikanı əsas götürəcək. Ancaq Vahid Məhərrəmov müstəqil Azərbaycanın pambıq sənayesində “pripiska” olmadığını söylədi:

“Çünki buna ehtiyac yoxdur. Birinci səbəb pambığın ixracında marağı olan böyük inhisarçının hökumətin olmasındadır. Əgər çox rəqəm görünsə, yanlış informasiya ciddi problem yaradar. İnhisarçı valyuta gəldiyinə görə dəqiq olmağa məcburdur. Ona görə ki, 100 ton xam maldan 37-40 faiz mahlıc əldə olunur”.

pambıqçı

pambıqçı

Источник: meydan.tv

V.Məhərrəmov deyib ki, 2015-ci ilə qədər, neftin qiyməti yüksək olan dövründə hökumət pambıqçılığa xüsusi önəm vermirdi və bu işlərlə fermerlər məşğul olurdu. Neftin qiymətinin yüksək olduğu illərdə, 2005-2010-cu illər arasında pambıq əkini 112 min hektardan 30 min hektara enib, ardınca 8 min hektara düşüb. 2017-ci ildə 36 min hektara qalxıb.

“İstehsala diqqət edin. Pambıqçılığa ciddi önəm verilmədiyi 2005-ci ildə 196 min ton pambıq yığılıb. Yəni texnika, subsidiya verilməyən il olub. Deməli, fermerlər özləri istehsal edirdi və pambığın dünya bazarında qiyməti neftin qiyməti ilə təxminən paralel gedirdi. Neft ucuzlaşanda isə pambıq da ucuzlaşdı. Neftin qiymətinin qalxdığı 2017-ci ildə 207 min ton pambıq yığılıb, 2005-ci ilin rəqəmi ilə müqayiədə böyük fərq deyil. Nəticə odur ki, əgər inhisarçılar müdaxilə etməsə, 196 min tondan gələn gəlir çox olardı. Bu, 80 min tona yaxın mahlıc edir və tonu 1500 dollardan götürün, az pul deyil. Təsəvvür edin ki, ən çətin dövr olan 1995-ci ildə Azərbaycana 160 milyon dollar pambığın ixracından pul gəlmişdi”.

“Kəndlilər orta hesabla hər hektardan 350 manata qədər zərərə məruz qalıblar”

V.Məhərrəmov xatırladıb ki, dövlət başçısı İlham Əliyev 2018-ci il üçün hər hektardan 40 sentner məhsul yığılacağını vəd etsə də, sonradan bu göstərici 2 dəfə aşağı düşdü. Konkret olaraq, prezident Nazirlər Kabinetinin iclasında qeyd etdi ki, hər hektardan orta məhsuldarlıq azı 20 sentnerə çatmalıdır. Bilirsiniz, hər hektardan 40 sentner götürmək üçün yaxşı işləmək lazımdır, hesablama zərgər dəqiqliyi ilə iş aparılmalıdır, bununla ayrıca bir institut məşğul olmalıdır.

Konkret rəqəmlərə gəlincə, Vahid Məhərrəmov DSK-ya istinadən bildirdi ki, 2018-ci ildə ölkə üzrə 132 min 512 hektar pambıq sahəsindən 232,2 min ton xam pambıq əldə olunub. Bu o deməkdir ki, ölkə üzrə hər hektardan orta məhsuldarlıq 17,5 sentnerə bərabərdir. Rayonlara gələk, ötən il 22 rayonda pambıq əkini həyata keçirilib, onların yarısında məhsuldarlıq 15 sentnerdən aşağı olub. Belə ki, hər hektardan orta məhsuldarlıq Zərdabda 14,9, Salyanda 14,5, Neftçalada 14,3, İmişlidə 13,3, Sabirabadda 13, Kürdəmirdə 12,9, Ağdaşda 12 sentner təşkil edib. Bəzi rayonlarda isə hər hektardan orta məhsuldarlıq 10 sentner səviyyəsinə qalxmayıb. Füzuli rayonunda 9,8, Hacıqabul rayonunda 8,8, Ağsu rayonunda 7,4, Ucar rayonunda isə hər hektardan orta məhsuldarlıq 6,6 sentner olub. Beləliklə pambıq əkini ilə məşğul olan 22 rayonun 11-də fermerlər, kəndlilər orta hesabla hər hektardan 350 manata qədər zərərə məruz qalıblar. Pambıqçılıqda məhsuldarlığın bu qədər aşağı olması onu deməyə əsas verir ki, əvvəlki ildə olduğu keçən ildə də bir çox rayonlarda pambıq əkini ilə məşğul olan fermerlər, kəndlilər ciddi ziyana məruz qalıb. Başqa rqəmlərə baxaq, 2017-ci ildə 207,5 min ton pambıqdan 80 min tona yaxın mahlıc əldə olunub ki, bunun da əsas hissəsi (54 min 314 ton pambıq lifi, 9 min 488 ton iplik) 2018-ci ildə ixrac edilib. Ümumilikdə 2018 ilin yanvar-dekabr aylarında 104,13 milyon dollar dəyərində pambıq ixrac edilib. İxrac olunan pambıq lifinin 1 tonunun ixrac dəyəri 1481 dollar təşkil edir. 2017-ci ildə pambıqdan gəlir 118,48 milyon dollar (201,4 milyon manat) təşkil edib.

Vahid Məhərrəmov

Vahid Məhərrəmov

Источник: meydan tv

“DSK -ın məlumatı üzrə aparılan hesablamalara görə, ümumilikdə 2017-ci ildə emal müəssisələri 207,5 min ton xam pambığın alışı üçün cəmi 105,5 milyon manat xərcləməli olublar. Deməli, 2017-ci ildə istehsal ziyanla başa vurulub. Əslində, qanazan inhisarçılar olub. 2017-ci ildə istehsal olunan pambıq lifindən 96 milyon manat qazanc əldə olunub. Xam pambığın emalından əldə olunan digər məhsulları da hesablasaq, bu sahədə rentabellik 120 faizdən çoxdur. Belə ki, DSK-nın təqdim etdiyi məlumatlara əsasən xam pambığın bir sentnerinin maya dəyəri 51 manat 17 qəpik olduğu halda, məhsulun bir sentneri emal müəsisələri tərəfindən 50 manat 87 qəpiyə alınıb. Bu hesabla DSK kəndlilərə dəyən ziyanın cəmini 621 min manat olduğunu göstərmişdi. Əslində isə apardığımız hesablamalar göstərir ki, keçən il pambıq istehsalçılarına dəyən ziyan 10 milyon manat təşkil edib. Hətta DSK-nın təqdim etdiyi məlumatlara əsaslanaraq demək olar ki, 2017-ci ildə pambıq istehsalı kəndlilər, fermerlər üçün ziyanla başa gəlsə də, oliqarx-məmurlar bu sahədən 100 milyon manatdan çox təmiz qazanc əldə ediblər. Sadaladıqlarım hökumətin qarşıya qoyulan məqsədə nail olmadığını göstərir. Amma hökumət 2022-ci ildə istehsalı 500 min tona çatdıracağını hədəfləyib, amma alınmayacaq. Çünki 135 min hektardan 207 min ton istehsal olunubsa, 104,9 min hektardan 500 min ton pambıq yığmaq mümkün deyil”.

“Polis rəislərinə, məktəb direktorlarına pambıq əkmək tapşırığı verilir”

Onun sözlərinə görə, 2017-ci ilə nisbətən 2018-ci ildə daha çox sahədə pambıq əkilsə də, məhsuldarlıq aşağı olub:

“Yaranmış mənzərə ondan xəbər verir ki, pambıq sahələrinin genişləndirilməsi yuxarının tapşırığı ilə olub. İlham Əliyev deyirdi ki, hər il 200 min hektarda pambıq əksək 700 min ton məhsul əldə edərik, 1980-ci ilin məhsuldarlığını da xatırlatdı. Halbuki, həmin il “pripiska” olmuşdu. Problem ərazinin genişləndirilməsi haqda tapşırıq verənlərin pambıqçılığı bilməməsindədir. İş inzibati qaydada aparılır. Məsələn, pambığı yalnız aptekdə görən Zeynal Nağdaliyev bu sahəni idarə edir. Prezident özü dedi ki, pambıqçılığın kuratoru Zeynal Nağdalıyevdir, bu, artıq nazirliklərə işarə idi ki, pambıq yığımında ondan göstəriş alsınlar. Bu gün polis rəislərinə, məktəb direktorlarına pambıq əkmək tapşırığı verilir. Sistemsizlik olanda bu mənzərə yaranmalıydı. Yəni əvvəl 40 sentner, sonra 20 sentner vədi verilir”.

İlham Əliyev və xanımı Mehriban Əliyeva pambıqçılarla

İlham Əliyev və xanımı Mehriban Əliyeva pambıqçılarla

Источник: meydan.tv

“Əsas inhisarçı şirkətlər “Gilan Holdinq” və “Paşa Holdinq”dir”

Pambığın istehsalı və ixracıyla fermerlərin özlərinin məşğul olmasının vacibliyini vurğulayan ekspert bildirib ki, dövlət bu sahəyə müdaxilə edəndə inhisarçıların marağına xidmət edir:

“Əsas inhisarçı şirkətlər “Gilan Holdinq” və “Paşa Holdinq”dir. Hazırda xam pambıq istehsalçıları inhisarçılardan asılıdır. Emal sənayesi nəzarətlərində, kübrəni, texnikanı onlar verir, hətta suyu belə kimə verməyi onlar müəyyən edir. Buna vertikal klasser deyirlər, dövlət içində dövlət. Əslində, fermerlər müstəqil olmalı və qiyməti də özləri diktə etməlidir. Amma inhisarçılar imkan vermədiklərindən alternativ variantları yoxdur”.

“Pambıqçılıq heyvandarlığa ciddi ziyan vurub”

O, pambıqçılığın heyvandarlığa ciddi ziyan vurduğunu iddia edib:

“Son 3 il ərzində ət və süd məhsulları idxalı 2,6 dəfə artıb. Bu müddət ərzində ət və süd məhsullarının idxalı üçün əvvəlki illərə nisbətən 125 milyon dollar çox vəsait xərclənib. Səbəb mövcud örüş sahələrinin, təbii biçənəkləri əkinə verməklə, heyvandarlığın yem bazasını zəiflədilməsidir”.

müşavirə

müşavirə

Источник: meydan.tv

Yekun olaraq V.Məhərrəmov dedi ki, Azərbaycanda pambıqçılığı inkişaf etdirmək mümkündür:

“Bunun üçün birinci növbədə yüksək ixtisaslı mütəxəssislər hazırlanmalı, fermer təsərrüfatlarının müqavilə əsasında davamlı suvarma suyu ilə təmin etmək, əkin sahələrində torpaqların münbitliyinin bərpası, keyfiyyətinin yaxşılaşdırılması, meliorasiya və irriqasiya tədbirlərinin aparılmasını təmin etmək, pambıq istehsalında istifadə olunan istehsal vasitələrinin bir hisəsinin ölkə daxildə ucuz istehsalına nail olmaq, ölkədə pambıq xammalı məhsullarının emalı sənayesini inkişaf etdirmək, toxuculuq təyinatlı emal müəssisələrinin yaradılmasına nail olmaq vacibdir. Nəhayət, dövlət fermerin işinə müdaxilə etməməli və inhisarçılıq aradan qaldırılmalıdır”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/zd1wr4

Самое читаемое