Источник: Meydan.TV

Üzeyir Mehdizadə fanatlarıyıq. Nida.

Hazırda seçkidə iştirak təxminən 8 faizdir. Bunu seçki məntəqəsində işləyən tanışımdan öyrənmişəm. Özü də bu 8 faizə onbaşı və yüzbaşıların gətirdiyi şəxsiyyət vəsiqələri də daxildir. Yəni məntəqələrə seçki günü maksimum 8 faiz şəxsiyyət vəsiqəsi girir.

Ola bilər, hansısa siyasi qüvvə bunu artırıb, məsələn, 30 faiz eləsə, o 30-un da yarısı səsinin dalında dursa, dəyişiklik eləmək olar (Ola bilər, daha böyük ədədlər lazımdır). Amma mənə maraqlı olan budur ki, hansısa siyasi qüvvənin min-bir əziyyətlə ortaya çıxaracağı 30 faiz seçicinin içində Üzeyir Mehdizadə fanatlarının olma ehtimalı nə qədərdir?

Sualı başqa cür qoysaq: musiqi zövqü daxil olmaqla, həyat tərzinin səviyyəsi baxımından bir-birindən fərqlənən sosial qrupların siyasiləşmə ardıcıllığı necə olacaq, görəsən? Məsələn, roksevərlər 30 faizə daxil olacaqmı? Yaxud Eyyubyaqubovsevərlər? Eləcə də, Üzeyir Mehdizadə dinləyiciləri.

Bilirsiniz, maraqlı olan həm də odur ki, biz burada yazışa-yazışa heç cür müəyyən edə bilmirik ki, Üzeyir Mehdizadəyə qulaq asan milyonlarla adam haradadır. Yalnız Sumqayıt, Xırdalan taksistlərini bilirik. Amma etiraf edə bilərik ki, Sumqayıt və Xırdalana 1 milyon adam taksi sürmür. İntellektual kəsim cəmiyyətdən o qədər aralı düşüb ki, nə baş verdiyini anlamır, milyonlarla insanın harada "gizlənib" Mehdizadəyə qulaq asdığını bilmir.

Bir də sosial şəbəkələrin gətirdiyi aşırı qeyri-səmimilik və bunun aldadıcı təsiri var. Burada klassik musiqi paylaşıb, altdan-altdan Üzeyir Mehdizadəyə qulaq asanlardan gedir söhbət. Bəs bu gizlincə Mehdizadəbazlığa gedənlər apolitikdirlərmi? Əminik ki, onlar bayaqkı 30 faizə daxil deyillər?

Bu suallara cavab peşəkar, müstəqil sosioloji araşdırma tələb edir. Təəssüf ki, bu da bizdə yoxdur. Ona görə də belə problemlər ortaya çıxır. Hansısa siyasətçi daha aşağı musiqi zövqü olan kütləyə xitab edəndə ətrafı tərəfindən qınanır. Bəlkə də, hansısa qrupda Üzeyir Mehdizadə tərəfdarları İlqar Məmmədovu mədh edirlər. Bilmirik, çünki o insanlarla bağımız yoxdur. Yaxud Altay Göyüşov İlqar bəyi ittiham edərək, yazır ki, bu ölkədə çoxlu Üzeyir Mehdizadə fanatı olmayan adam var. Yəqin ki, var, amma Altay bəyin statusundan belə anladım ki, bu ölkədə ən azsaylı üzvə malik sosial qrup Üzeyir Mehdizadə fanatlarıdır. Halbuki, “Youtube”-un şüursuz mexanizmi bizə təmiz başqa şey deyir. Həm də Altay bəy iddia edir ki, onun sadaladığı qruplar Üzeyir Mehdizadəyə əsasən, qulaq asmırlar. Məncə, bu, həddindən xeyli çox optimist yanaşmadır. Axı biz hamımız tariximizin ən düşük mahnılarına toylarda qol götürüb, oynayan adamlarıq!?

100 milyon baxış fantastikdir. Bunun neçə milyonusa təkrardır, neçə milyonusa xaricdən olan baxışdır və s. Amma nə qədər azaltsan da, bircə faizinin qalması bəsdir ki, Azərbaycanda səsvermə hüququna malik insanların 25 faizinin o videoya baxdığı aşkar olsun. Bu qədər baxışa normal seçkili, əhalisi 10 milyon olan ölkədə malik olan müğənni ciddi fiqur sayılar. Amma bizdə o müğənninin adını ağzına almağa görə siyasətçi gülləbarana tutulub.

Ümumiyyətlə, müstəqil və peşəkar sosioloji araşdırmaların yoxluğu şəraitində belə ehtimallarla çıxış edərək, qeyri-müəyyənlik içində qalmalıyıq. Cəmiyyətimiz araşdırılmayıb. Qapalı cəmiyyət olduğuna görə (qapalı siyasi rejim tərəfindən idarə edilir), nə baş verdiyini ən az bilən elə biz özümüzük.

Minlərlə gənc xaricdə oxuyub, gəlib, amma özünü ölkədə realizə edə bilmir. Ölkənin inkişafı üçün xammal şəklində qalmışıq. İnsanların ölkə üçün fədakarlıq etməsi, məsələn, özünün bir sosioloji araşdırma aparması, bunun üçün maliyyə mənbəyi tapmağa çalışması da nadir rastlanan hallardır, ya da ümumiyyətlə, rastlanmır. Çünki biz ölkənin bayrağını sevirik, ermənini yıxan güləşçisini sevirik, nəbilim, kubok gətirən şahmatçısını sevirik. Uşaq kimi, “mənim bayrağım sənin bayrağından hündürdür” məntiqi ilə hərəkət edirik. MİLLİ ÖZÜNÜDƏRK isə yoxdur. Biz əslində biz olaraq, yoxuq. Rəsulzadə və yanındakılar yoxdan bir dövlət yarada bilmişdilər. Amma zaman keçib, çox şey aşınıb. İndi biz yenə də yoxdan yaratmalı oluruq. Ümumiyyətlə, yanıb-yanıb, küllərindən yaranma bizim də mifologiyamızda çoxdan var. 100 ildir, yanırıq, indi küllərdən yaranma vaxtıdır. Mehdizadəservərləri, klassikmusiqiçiləri ilə birgə bu ölkə bizimdir. Sosioloji araşdırmalarla strategiya müəyyən olunmalı, kütlənin hansı hissələrinə hansı ardıcıllıqla üstünlük verilməsi və s. taktiki gedişlər bilinməlidir. Hansısa siyasətçi bunları edib, sonra belə şok açıqlama verirsə, deməli, haqlıdır, cıqqılı ictimai sektorun etirazlarını nəzərə almaya da bilər.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/vo6w50

Самое читаемое