Ümumdünya Səhiyyə Təşkilatı

Источник: Ümumdünya Səhiyyə Təşkilatı

Başlıq: Ümumdünya Səhiyyə Təşkilatı

ÜST eksperti: Fərqli peyvəndlərin qarışdırılması təhlükəli tendensiyadır

Ekspert tam dozada vaksinlənmiş insanları üçüncü dozanı vurdurmağa tələsməməyə çağırıb

Son zamanlar dünyada peyvəndlərin qarışdırılaraq vurulması gündəmə gəlib. Çoxu bunun daha effektli olduğunu düşünür və bu cür peyvənd olunanlar var.

Ancaq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş eksperti Soumya Svaminathan (Soumya Swaminathan) fərqli istehsalçıların COVID-19 peyvəndlərini qarışdıraraq vurmağı "təhlükəli tendensiya" adlandırıb.

“Vaksinlərin təsiri barədə elmi informasiyalar natamamdır. Müxtəlif vaksinlərin insan orqanizminə təsiri barədə informasiyalar hələ ki, tam toplanmayıb və təhlil edilməyib. Bu baxımdan birinci dozanı bir, ikinci dozanı isə digər vaksindən vurdurmaq gələcəkdə hansı təsirləri göstərəcək məlum deyil”.

Soumya Svaminathan deyib ki, bundan sonra dünyada hansı vaksindən əvvəl, hansından isə sonra istifadə edilməsi barədə qərarların çıxarılması xaos yarada bilər.

Eyni zamanda, Dünya Səhiyyə Təşkilatının rəhbərliyi dünyada koronavirusun Delta ştammının sürətlə yayıldığı bir zamanda tam dozada vaksinlənmiş insanları üçüncü dozanı vurdurmağa tələsməməyə çağırıb.

“Dünya dörd milyon COVID-19 ölümünün "faciəvi mərhələsini" keçir”.

Dünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus iyulun 8-də verdiyi açıqlamada belə demişdi.

Hazırda dünyanın bu pandemiyada təhlükəli bir nöqtədə olduğunu söyləyən baş direktor dünyada peyvəndləmə prosesinin qeyri-bərabər şəkildə aparıldığından narahat olduğunu bildirmişdi:

“Hazırda dünyada virusun tezyayılan bir neçə versiyası var və sürətlə yayılır. Peyvəndlənmə prosesi isə şokedici bir bərabərsizlik şəklində aparılır. Ona görə də bəzi ölkələrdə yoluxma sayı və xəstəxanaya yatanlarda artım müşahidə olunur. İqtisadi dirçəlməyə yönəlmiş bərabər olmayan peyvənd istehsalı və paylaşdırılması səbəbindən virus növləri peyvəndlər üzərində qələbə çalır”.

2019-cu ilin sonu Çində yaranıb dünyaya yayılan COVİD-19 virusunun indiyədək dünyada 4 milyondan çox şəxsin ölümünə səbəb olduğu bildirilir.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatının koronavirusu pandemiya elan edib. Azərbaycanda isə indiyədək ümumilikdə 337 min 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 802-i sağalıb, 4 min 987-i vəfat edib, aktiv xəstə sayı 1 min 534-yə yüksəlib. Ən son açıqlanan statistikada bildirilir ki, son bir gündə Azərbaycanda koronavirus infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/iq051o

Самое читаемое